Nida.az
Erməni hərbiçiləri etiraz edir: “Serj, Qarabağ bizim deyil, onu sahibinə qaytar” - VİDEO
“Serj, Qarabağ bizim ərazimiz deyil. Ora heç sənin də ərazin deyil. Bu, Azərbaycanın torpağıdır və biz başqasının torpağı uğrunda ölmək istəmirik”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan
ordusunun hərbi qulluqçusu Qrant Markosyan “Azadlıq radiosu”nun
erməni xidmətində müsahibəsində deyib.
Radionun bir neçə ay öncə hazırladığı reportajda Ermənistanda
gənclərin Qarabağda döyüşmək istəmədikləri deyilir.
“Gənclər başqasının torpağına görə ölmək istəmirlər və hərbi
xidmətdə olanların əksəriyyəti könüllü sürətdə Azərbaycan tərəfinə
keçirlər. Onlar Azərbaycana keçərək, üçüncü ölkəyə getmək
imkanından istifadə edirlər. Erməni ordusunda belə bir deyim var:
“Dağlıq Qarabağ Azərbaycanın torpağıdır”. Onlar öz canları bahasına
bu torpaq uğrunda döyüşmək istəmirlər”, - deyə reportajda
bildirilir.
Reportajda Ermənistan ordusunun hərbi qulluqçusu Qrant
Markosyanın fikirlərinə yer verilir.
“Serj, Qarabağ Azərbaycanın torpağıdır. Ora nə bizim, nə də
sənin deyil. Biz başqasının torpağına görə ölmək istəmirik. Bu
torpaqları sahibinə - Azərbaycana qaytar. Çünki ora heç vaxt bizim
olmayıb”, - deyə hərbi qulluqçu açıq şəkildə bildirilir.
Radio əlavə edir ki, erməni hərbiçiləri Beynəlxalq Qızıl Xaç
Komitəsi vasitəsilə Azərbaycana keçərək, Qərb ölkələrində sığınacaq
alırlar: “Ən pis halda onlar qonşu Gürcüstana sığına bilirlər”.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR