Merkel Dağlıq Qarabağdan danışdı
Bizi izləyin

Nida.az

Merkel Dağlıq Qarabağdan danışdı

“Almaniya ATƏT-in sədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün məsuliyyət daşıyan Minsk qrupunu “xüsusi yolla” dəstəkləmək niyyətindədir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel ölkəsində səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Kansler Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələrin narahatlıq yaratdığını deyib.

Merkelin sözlərinə görə, son illərdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında irəliləmə müşahidə olunmur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm