Qarabağda neft müharibəsi: "Bloomberg" Azərbaycanın üstünlüyündən yazdı
Bizi izləyin

Nida.az

Qarabağda neft müharibəsi: "Bloomberg" Azərbaycanın üstünlüyündən yazdı

Neft zənginliyi Azərbaycana Ermənistanın hərbi gücünü tərksilah etməyə imkan yaratdı.

ANS PRESS-in məlumatına görə, “Bloomberg” agentliyi Dağlıq Qarabağda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş hadisələrə həsr etdiyi məqaləsini məhz belə adlandırıb. Məqaləyə simvolik olaraq Dağlıq Qarabağın Talış kəndi ərazisində vurulmuş hərbi avtomobildən canını qurtara bilmiş erməni əsgərin şəklini yerləşdirmiş agentlik bildirib ki, iri neft gəlirləri əldə edən Azərbaycan son 10 ildə hərbiyə ayırdığı xərcləri 10 dəfəyə qədər artıraraq 2015-ci ildə 4,8 milyard dollara çatdırıb. Agentlik Stokholm Sülh Araşdırmaları İnstitutuna istinadən Ermənistanın hərbi xərclərinin son 10 ildə cəmi 3 dəfə artaraq 447 milyon dollara çatdğını da qeyd edib.

"Azərbaycanın siyasəti çox aydın idi, strategiyası ölkələr arasında iqtisadi, siyasi, diplomatik və hərbi tarazlığı elə yüksəltməyə yönəldilib ki, Ermənistanı hansısa sülh sazişini qəbul etməyə məcbur etsin," - deyə Con Hopkins universitetinin əməkdaşı Svante Kornell “Bloomberg”ə bildirib: "İdeya bu idi ki, Azərbaycanın müdafiəsi möhkəmləndirilsin və ermənilər danışıqlara məcbur edilsin".

Hər iki əhali sayına kiçik dövlətlər olduğunu qeyd edən agentlik “firepower.com”a əsaslanaraq Azərbaycanın 314 tank, 191 reaktiv sistem və 127 təyyarəsi ilə Ermənistanı xeyli geridə qoyduğunu bildirir. Mənbənin məlumatına görə, Ermənistanın yalnız 166 tankının, 150 reaktiv sisteminin və 63 təyyarəsinin olduğunu qeyd edib.

“Bloomberg”in məqaləsi hansı məqsədlə yazıldığına baxmayaraq, atəşkəsin imzalandığı və “Əsrin müqaviləsi”nin bağlandığı 1994-cü ildə Azərğbaycanın ən doğru qərar verdiyini ortaya çıxarır. Məhz həmin müqavilənin və keçən 20 illik iqtisadi inkişaf dövrünün hesabına Azərbaycan ordusu aprelin 2-də işğalçı Ermənistan orlusunun iradəsini qırdı. 1992-ci ildə Azərbaycanın hazırlıqsız olmasından istifadə etmiş və silahsız dinc əhaliyə divan tutaraq ərazilər tutmuş erməni ordusunun təmsilçiləri isə aprelin 2-ə qədər güclərinə həddindən artıq inamlı idilər. Son günlərdə baş verənlər bu inamı sıfra endirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm