Nida.az
Həmsədrlər İrəvanda atəşkəs rejiminin qorunmasının vacibliyini vurğulayıblar
ATƏT-in Minsk Qrupu">ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik bu gün İrəvanda Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, Serj Sarkisyan və həmsədrlər Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin qorunmasının vacibliyini vurğulayıblar.
“Tərəflər atəşkəs rejiminin qorunmasının, etimadın və sülh danışıqlarının bərpa olunması üzrə tədbirlərin tezliklə həyata keçirilməsinin vacibliyini vurğulayıblar”, - deyə məlumatda bildirilib.
Rusiyalı həmsədr İqor Popov jurnalistlərə münaqişə tərəflərinin danışıqlara hazır olduğunu bildirib.
“Tərəflər münaqişənin həllinə dair danışıqlara hazırdırlar, onlar, ən azından, aprelin 5-də Moskvada əldə olunan atəşkəsin qorunmasına hazır olduqlarını nümayiş etdirirlər”, deyə Popov bildirib.
Onun sözlərinə görə, atəşkəsin qorunması üçün tərəfləri danışıqlar masasına əyləşdirmək gərəkdir: “Əsas məsələ vəziyyətin sabitləşdirilməsi üçün tərəflərə kömək etmək və hərbi əməliyyatların təkrarlanmaması üçün tədbirlər görməkdir”, - deyə Popov qeyd edib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu