Nida.az
BQXK təmas xəttində baş verənlər barədə məlumat yaydı
Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) təmas xəttində, Dağlıq Qarabağ münaqişəsinin son gərginləşməsi zamanı həlak olanların meyitlərinin öz tərəflərinə təhvil verilməsinə yardımçı olub.
Publika.az xəbər verir ki, BQXK-nın Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumatda bildirilir ki, BQXK-nın dəstək verdiyi 8 və 9 aprel tarixlərində keçirilmiş əvvəlki əməliyyatlar nəticəsində tərəflər, meyitlərin təmas xətti boyu döyüş meydanından çıxarılması əməliyyatlarını həyata keçirib. Əməliyyatlar tərəflərin razılaşması və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin Şəxsi Nümayəndəsi ilə koordinasiya olunmaqla həyata keçirilib.
“Bizim əsas prioritetimiz itkin əzizlərinin taleyindən hələ də xəbərsiz qalan ailələrə köməkdir. Tərəflər üçün də ailələrə cavab vermək üçün meyitlərin qaytarılması vacib idi”, - deyə BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Patrik Vial bildirib.
BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri regionda fəaliyyət göstərir. Münaqişənin 2 aprel tarixində başlayan gərginləşməsindən sonra BQXK humanitar ehtiyacları qarşılamaq üçün tərəflər arasında neytral vasitəçi olmaq xidmətlərini təklif edib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR