Nida.az
Azərbaycan din xadimləri dünya ictimaiyyətinə müraciət etdi
Bu gün Qafqaz Müsəlmanları İdarəsində şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən iştirakçılar şəhidlərimizə Allahdan rəhmət diləyib və onların yaxınlarına başsağlğı veriblər. Natiqlər cəbhə xəttində baş verən son hadisələr zamanı Ordumuzun qüdrətindən və hərbçilərimizin göstərdiyi qəhrəmanlıqlardan danışıblar.
Tədbirdə Azərbaycanda yaşayan dini konfessiya rəhbərləri adından dünya ictimaiyyətinə müraciət qəbul olunub.
Müraciətdə deyilir:
"Sizlərə Vətənimiz Azərbaycanda, Azərbaycan-Ermənistan
qoşunlarının təmas xəttində baş verən təxribatlarla bağlı
narahatlığımızı bölüşmək niyyəti ilə müraciət edirik.
Bu bizim din xadimi olaraq Allah və Vətən qarşısında borcumuzdur.
Dünyanı məhvərindən çıxmağa qoymayan ümumi mənəvi dəyərlərə istinad
edən biz din xadimləri bütün dünyada hər zaman sülh və anlaşma
tərəfdarı kimi çıxış edirik. Son günlər Azərbaycan-Ermənistan
qoşunlarının təmas xəttində ermənilərin təxribatlara əl atması
Ermənistanın işğalçı niyyətini bir daha sübut etdi. Müharibənin
sülh yolu ilə həll olunmasını istəyən, günahsız qurbanların sayının
artmasını istəməyən Azərbycan tərəfi əvvəlcə birtərəfli qaydada
atəşkəs elan etdi. Hazırdsa ümumi atəşkəs haqda razılaşma əldə
olunsa da qarşı tərəfdən mütəmadi şəkildə pozulmaqdadır.
Dünya, o cümlədən ermənilərin özləri Qarabağın Azərbaycan
torpaqları olduğunu bilir. Bütün beynəlxalq sənədlərdə Azərbaycanın
ərazi bütövlüyü tanınır. Dağlıq Qarbağ respublikası adlı qondarma
qurum heç bir beynəlxalq təşkilat və dövlət tərəfindən qəbul
edilmir. Nəticə etibarı ilə işğal altında olan ərazilər nəzarətsiz,
istənilən qanunsuz əməllər üçün əlverişli məkandır.
Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş dəyərli
həmvətənlilərimizin ruhu qarşısında baş əyir, onların ailələrinə,
yaxınlarına, bütün Azərbyacan xalqına dərin başsağlıqlarımızı
bildirir, Allahdan rəhmət, yaralıların tezliklə şəfa tapmalarını
diləyirik".
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ