Nida.az
Qarabağın qaytarılması planı AÇIQLANDI
“Cənubi Qafqazda sülhə nail olmaq istəyiriksə, Dağlıq
Qarabağ münaqişəsini həll etmək lazımdır”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya
prezidenti yanında insan haqları üzrə şuranın üzvü, politoloq
Maksim Şevçenko deyib. M. Şevçenko münaqişənin həlli üçün
variantları da təqdim edib.
“Ermənistan Qarabağ ətrafı rayonlardan qoşunlarını çıxartmalıdır və
Qarabağ zonası Azərbaycanın nəzarəti altında
silahsızlaşdırılmalıdır. Bu silahsızlaşdırmanı beynəlxalq
sülhməramlılar həyata keçirə bilər. Daha sonra qaçqınların doğma
evlərinə qayıdışı təmin olunmalıdır”, - deyə o bildirib.
Ekspert qeyd edib ki, həm azərbaycanlı qaçqınlar evlərinə
qayıtmalı, həm də münaqişə yarananda Azərbaycanın müxtəlif
yerlərində yaşayan ermənilər geri gəlməlidirlər: “Təbii ki, bu
onların öz istəklərinə bağlıdır. Bilirəm ki, bu proses çətindir,
amma humanitar təşkilatlar bu istiqamətdə işləyə bilərlər”.
Onun sözlərinə görə, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi
sonuncu mərhələdir: “Anlayıram ki, bu mərhələ işin ən çətin
qismidir. Burada üç variant var.
Birincisi, Azərbaycanın tərkibində muxtariyyət.
İkincisi, Azərbaycandan kənar müstəqil dövlət.
Üçüncü variant, Qarabağın Ermənistana birləşdirilməsi.
Lakin fikrimcə, ikinci və üçüncü variantlar erməni
radikallarından başqa heç kimə lazım deyil və heç kəs bunu istəmir.
Hətta sadə ermənilərə belə bu lazım deyil. Bəzən Qarabağla bağlı
Krım variantını irəli sürürlər. Amma bunlar tamam fərqlidir. Çünki
Qarabağda etnik təmizləmə olub. Yəni belə bir vəziyyətdə Qarabağın
başqa dövlətə qoşulmaq mümkünsüzdür və cəfəngiyatdır”.
M. Şevçenko hesab edir ki, ermənilər qəbul etmək istəməsələr də,
Qarabağın Azərbaycanın tərkibində muxtariyyət alması daha münasib
və rahat yoldur: “Doğrudur, buna ABŞ-dakı erməni elitası razı
deyil. Əbəs yerə deyil ki, indi Dağlıq Qarabağda tez-tez “bu yolu
Amerika ermənilərinin pulu ilə qurulub” yazılan lövhələrə rast
gəlinir. Amma hər şeyə rəğmən məsələni həll etmək lazımdır. İndiyə
qədər Dağlıq Qarabağ və ətraf yeddi rayon işğal olunub. Bu
ərazilərdə infrastruktur dağıdılıb, yerində xarabalıqlar yaranıb.
Bu məsələdən tək çıxış yolu münaqişəni həll etməkdir”.
Ekspert onu da qeyd edib ki, Dağlıq Qarabağın statusu yalnız
evlərindən qovulan bütün azərbaycanlıların qayıtmasından sonra həll
edilməlidir.
Asif Nərimanlı
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu, romantik münasibətlərdə dərinlik yaradacaq
-
Region00:00
Türkiyə Ordusuna AĞIR İTKİ
-
İdman23 Yanvar 23:48
"Qarabağ" məğlub olaraq pley-off şansını itirdi - VİDEO/YENİLƏNDİ
-
İdman23 Yanvar 23:00
Ronaldonun oğlu PENTA-TRİK ETDİ
-
Nida Xəbər 23 Yanvar 22:48
Bu gün həlak olan əsgərin FOTOSU
-
Magazin223 Yanvar 22:24
Məşhur ulduzun malikanəsində şər ruhlar dolaşır - ŞOK İDDİA
-
Magazin123 Yanvar 21:24
“Aysunla əri bir-birinə vaxt verib”
-
Art23 Yanvar 20:36
Əməkdar artistin oğlu soyuqdəymədən VƏFAT ETDİ - FOTO