Sosial
Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
"İdrak" liseyində şagirdin müəllimini güllələməsi ilə nəticələnən dəhşətli hadisə cəmiyyətdə ciddi rezonans doğurub.
Publika.az xəbər verir ki, güllələnən müəllim Şəhla Kamilova ilə bağlı təfərrüatlı informasiyaların mövcudluğuna baxmayaraq, hadisəni törədən şagirdlə bağlı kifayət qədər az bilgi var.
AzTimes.az bütün ölkənin danışdığı antiqəhrəman haqqında bəzi məlumatlar əldə edib. Belə ki, hadisəni törətməkdə şübhəli bilinən şagirdin kimliyi ilə bağlı yeni detallar üzə çıxıb.
Etibarlı mənbələrdən verilən məlumata görə, sözügedən şagirdin babası Ənvər Şirinov uzun illər Sumqayıt şəhərində yerləşən ərəb-fars təmayüllü məktəbdə direktor vəzifəsində çalışıb.
Onu tanıyanlar Ənvər Şirinovu hörmətli, ziyalı və nüfuzlu bir insan kimi xarakterizə edirlər. Mənbələrin bildirdiyinə görə, Abşeron rayonu ərazisində yerləşən “Murad” şadlıq evi də ailəyə məxsusdur.
Şagirdin atası Samir Şirinov isə Əziz Əzizovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olduğu dövrdə Sumqayıt Şəhər Mənzil-Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində çalışıb. O, həmin vəzifədən azad edildikdən sonra Sumqayıtdan Bakıya köçərək şəxsi biznes fəaliyyəti ilə məşğul olub.
Hazırda hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən araşdırma aparılır. Məsələ ictimaiyyətin diqqət mərkəzində olaraq qalmaqdadır.
-
Elm və təhsil22:2431 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİ - FOTO
-
MDB21:48Hava limanında DƏHŞƏTLİ ANLAR - İldırım təyyarədə altı dəlik açdı
-
Magazin121:36Nigar Camalın sözləri ilə bağlı rəsmi açıqlama
-
ABŞ21:24Tramp bu liderləri Ağ Evə dəvət etdi - 1983-cü ildən bəri...
-
Sosial20:48Azərbaycanda dörd nəfərə yüksək vəzifə verildi - ADLAR
-
Magazin219:48Məşhur azərbaycanlı müğənninin uşaqlıq görüntüsü yayıldı - VİDEO
-
Nida Xəbər 19:24445 min manatı mənimsəyən qadın Türkiyədən Azərbaycana gətirilir
-
Banklar 18:24Mərkəzi Bankla bağlı YENİ XƏBƏR - Dəyişiklik baş verdi


































