Dünya
Əsədin gizli həyatı üzə çıxdı: Rejim dağılır, o isə video oyunlar oynayırmış
Suriyanın keçmiş prezidenti Bəşər Əsəd hakimiyyətinin son illərini dərin təcrid şəraitində keçirib və dövlət idarəçiliyindən daha çox virtual əyləncələrə vaxt ayırıb.
Publika.az xəbər verir ki, bu barədə Amerikanın "The Atlantic" jurnalı Dəməşqdəki prezident sarayında xidmət etmiş zabitlərə istinadən məlumat yayıb. Bildirilib ki, Əsədin video oyunlara aludə olması onun rejiminin sürətlə süqut etməsinin gizli səbəblərindən biri hesab olunur.
Mənbələrin məlumatına görə, rejimin son günlərində bir neçə regional ölkə Əsədə hərbi və siyasi dəstək təklif edib. Hətta xarici işlər nazirləri Dəməşqin süqutundan əvvəlki günlərdə onunla danışıqlar aparmağa çalışıblar. Lakin keçmiş prezident bu təklifləri qulaqardına vurub. Ehtimal edilir ki, o, hakimiyyəti itirmək ehtimalına qarşı psixoloji müqavimət göstərib və kompromislərə getmək istəməyib.
Rejimin çökməsi Əsədin ən yaxın çevrəsində belə ciddi məyusluq yaradıb. Suriyalı jurnalist İbrahim Həmidi nəşrə verdiyi müsahibədə bu vəziyyəti belə xarakterizə edib:
“Bu gün də Müəmmər Qəddafiyə və ya Səddam Hüseynə inanan insanlar tapmaq olar. Amma indi heç kim Bəşər Əsədə, hətta onun qardaşı belə, inanmır.”
Ölkə daxilində isə bir çoxları Əsədin ölkəni tərk etməsini açıq xəyanət kimi qiymətləndirir və baş verən fəlakətə görə məsuliyyəti yalnız onun üzərinə qoyur.
"Reuters" agentliyinin məlumatına görə, Əsəd ölkəni tərk edərkən icarəyə götürdüyü "Embraer" tipli təyyarə ilə 500 min dollar nağd pul, qiymətli əşyalar və məxfi məlumatların saxlandığı sərt diskləri özü ilə aparmağa nail olub.
Qeyd edək ki, Bəşər Əsəd rejimi 2024-cü ilin dekabrında silahlı müxalifətin artan təzyiqi nəticəsində süqut edib. Keçmiş dövlət başçısına Rusiyada sığınacaq verilib. Almaniyanın "Zeit" qəzetinin yazdığına görə, Əsəd hazırda ailəsi ilə birlikdə Moskvada yaşayır və vaxtının əhəmiyyətli hissəsini onlayn video oyunlara sərf etməyə davam edir.
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var









.jpg)






















