MDB
Rusiyadan sərt cavab: "Tanklarımız tükənməyəcək!"
"Düşmənlərin iddialarına baxmayaraq, Rusiya Silahlı Qüvvələrinin tankları tükənməyəcək".
Publika.az xəbər verir ki, bu fikri Rusiyanın "Rostex" Dövlət Korporasiyasının Silahlanma Klasterinin sənaye direktoru Bekxan Ozdoyev TASS-a verdiyi müsahibəsində bildirib.
Mütəxəssis müsahibəsi hazırda Səudiyyə Ərəbistanında keçirilən "World Defense Show 2026" sərgisi ilə bağlı olub. Söhbət zamanı Ozdoyev rusların Xüsusi Hərbi Əməliyyat (SVO) zonası adlandırdığı müharibə bölgəsində yeni və modernləşdirilmiş hərbi texnikaların artmaqda davam etdiyi də qeyd olunub. O cümlədən, cəbhəyə T-90M "Prorıv", T-80BVM və T-72BZM tankları da çatdırılır.
"Bizim "Uralvaqonzavod" şirkəti tank istehsalını əhəmiyyətli dərəcədə artırıb. Bu texnikalar real döyüş təcrübəsinə əsaslanaraq daim təkmilləşdirilir və gücləndirilir", - deyə "Rostex" nümayəndəsi bildirib.
Onun sözlərinə görə, rusiyalı mütəxəssislər texnikaların döyüş qabiliyyətini və davamlılığını əhəmiyyətli dərəcədə yaxşılaşdıra biliblər. Bundan əlavə, zədələnmiş tankların tez bir zamanda xidmətə qaytarılmasına imkan verən mürəkkəb nəqliyyat vasitələrinin bərpası və təmiri sistemi də hazırlanıb.
"Düşməni məyus etməliyəm: tanklarımız tükənməyəcək!", - deyə Ozdoyev bir daha vurğulayıb.
Tural
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu


















.jpg)


















