Lənkəran və Mingəçevir universitetləri petisiya layihəsini dəstəkləyib
Bizi izləyin

Nida.az

Lənkəran və Mingəçevir universitetləri petisiya layihəsini dəstəkləyib

Aprelin 15-də Lənkəran Dövlət Universiteti Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən irəli sürülmüş “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinin müzakirəsi üçün növbəti məkan olub.

Publika.az xəbər verir ki, layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət olunur. (https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe)

Lənkəran Dövlət Universitetinin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan universitetin rektoru vəzifəsini icra edən professor Nizami Yusubov petisiyanın mahiyyəti ilə bağlı məlumat verib. N.Yusubov hər bir vətəndaşın, universitet əməkdaşının bu petisiyanın imzalanmasında yaxından iştirak etməli olduğunu xüsusi vurğulayıb.

AVCİYA-nın əməkdaşı Bəxtiyar Məmmədli bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından petisiya layihəsi müstəsna əhəmiyyətə malikdir. B.Məmmədli qeyd edib ki, petisiya layihəsində həmçinin işğalın nəticələrinin gələcəkdə daha böyük humanitar fəlakətə və ekoloji təcavüzə yol aça biləcəyi əksini tapıb.

Sonda tədbir iştirakçılarına səsvermə qaydaları izah olundu.

Aprelin 13-də Mingəçevir Dövlət Universitetində də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsi çərçivəsində tədbir keçirilib. Xatırladaq ki, layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət olunub.

Mingəçevir Dövlət Universitetinin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə universitetinin prorektoru Rövşən Əliyev açıb. O petisiyanın əhəmiyyəti barədə danışıb.

AVCİYA-nın əməkdaşı Bəxtiyar Məmmədli petisiya layihəsinin zərurəti və görülən işlər barədə məlumat verib. B.Məmmədli qeyd edib ki, petisiyada qeyd olunan müddəalar AŞPA-nın 2085 (2016) saylı qətnaməsində də əksini tapıb. Həmin qətnamədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi vurğulanır.

Daha sonra tədbir iştirakçılarına səsvermə qaydaları barədə məlumat verilib və onların sualları cavablandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm