• USD 1,7000 0,00% EUR 2,0009 0,00%
    • GBP 2,3392 0,00% RUB 0,0231 0,00%

İqtisad Universitetinin kollektivindən petisiya layihəsinə dəstək

  • Nida.az
  • 18 Aprel 2016 14:52
  • 592 Baxış
İqtisad Universitetinin kollektivindən petisiya layihəsinə dəstək

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Obama administrasiyasına "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə petisiya" layihəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin müəllim və tələbələri ilə görüşüb.

Publika.az-ın məlumatına görə, tələbələrlə görüşdə universitetin prorektoru Şaiq Əsgərov, AVCİYA-nın nümayəndələri Məhərrəm Zülfüqarlı və Rüfət Muradov iştirak ediblər.

Prorektor Ş.Əsgərov çıxış edərək Ermənistanın Azərbaycana təcavüzü, torpaqlarımızın işğalı, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım siyasəti haqqında danışıb və gəncləri petisiyaya qoşulmağa çağırıb.

Tədbirdə çıxış edən M.Zülfüqarlı petisiyanın mahiyyəti haqında məlumat verib.

O qeyd edib ki, Obama Administrasiyasına "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə" adlı petisiya ilə müraciətdə AŞPA-nın 2085 saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olduğu, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırki durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi, ATƏT-in Minsk qrupunun torpaqlarımızın işğaldan azad edilməsində heç bir nəticə əldə etmədiyi vurğulanıb: "Bunları nəzərə alaraq Administrasiya AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırılıb".

Daha sonra R.Muradov gənclərə fotoslayd vasitəsilə petisiyaya qoşulmaq qaydalarını haqqında məlumat verib.

Qeyd edək ki, indiyədək petisiyaya 145 mindən çox insan qoşulub.

Petisiyaya qoşulmaq may ayının 5-ə qədər davam edəcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR