Nida.az
Leyla Əliyevadan ÇAĞIRIŞ: Hamı Bakı Marafonu 2016-ya!
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
hər kəsi mayın 1-də Fondun təşəbbüsü ilə keçiriləcək Bakı Marafonu
2016-ya qoşulmağa çağırıb.
Trend-in məlumatına görə, Leyla Əliyeva "İnstaqram" sosial
şəbəkəsindəki səhifəsində yazıb: "Hamını Bakı Marafonu 2016-ya
qoşulmağa çağırıram!".
Bakı Marafonu 2016-da iştirak etmək üçün artıq yüzlərlə şəxs
qeydiyyatdan keçib.
Xatırladaq ki, marafona 16 yaşdan yuxarı hər kəs - şəhər
sakinləri, qonaqlar əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər.
Qeydiyyat üçün paytaxtdakı "28 Mall", "Port Baku Mall" ticarət
mərkəzlərində quraşdırılmış qeydiyyat məntəqələrinə müraciət etmək
olar.
İştirakçı olmaq istəyənlər qeydiyyat formasını doldurmalı,
şəxsiyyət vəsiqəsinin surətini təqdim etməli və iştirak üçün
müəyyən olunan vəsaiti ödəməlidirlər.
Bundan başqa, Bakı Marafonu 2016-nın saytında
(www.bakumarathon.az) onlayn olaraq da qeydiyyatdan keçmək
mümkündür.
Fiziki şəxslər 20 AZN, korporativ şirkət adından iştirak edənlər isə 100 AZN ödəməlidirlər.
Qeyd edək ki, tələbələrin iştirakı ilə bağlı vəsait Heydər
Əliyev Fondu tərəfindən qarşılandığından onlar qeydiyyat zamanı
ödəmə etmirlər. Bunun üçün ticarət mərkəzlərindəki qeydiyyat
məntəqələrinə yaxınlaşmaq, qeydiyyat zamanı şəxsiyyət vəsiqəsi ilə
yanaşı, tələbə biletinin surətini də təqdim etmək lazımdır.
Qeydiyyat aprelin 25-dək davam edəcək.
Dövlət Bayrağı Meydanından start götürəcək yarım marafon 21
kilometr olacaq və Bakı Olimpiya Stadionunda başa çatacaq. Yarışın
fan zonası da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burada
iştirakçıları müxtəlif əyləncə, konsert və digər şənliklər,
oyunlar, lotereyalar və s. gözləyir.
Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək
göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat
tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya
gətirməkdir.
Bakı Marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı