Metyu Brayza: “Sarkisyan xalqının qəzəbindən yayınmaq istəyir”
Bizi izləyin

Nida.az

Metyu Brayza: “Sarkisyan xalqının qəzəbindən yayınmaq istəyir”

“Serj Sarkisyan erməni silahlı qüvvələrinin daha əvvəl zəbt etdiyi Azərbaycan ərazilərinin bu yaxınlarda müəyyən hissəsinin azad edilməsinə görə erməni xalqının düçar olduğu məyusluğu yumşaltmağa çalışır. Erməni əhalisi qorxur ki, Azərbaycan hərbi güclə status-kvonu dəyişdirə bilər”.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Minsk qrupunun sabiq həmsədri Metyu Brayza Serj Sarkisyanın sülh danışıqlarından imtina etməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Sarkisyan danışıqlardan imtina etməklə xalqın qəzəbindən yayınmaq istəyir.

M. Brayza hesab edir ki, Ermənistan prezidentinin ikinci məqsədi də var.

“Sarkisyan bu addımı ilə həm də Vaşinqtonu yardıma çağırır, onun diqqətini cəlb etmək istəyir. Hesab etmək olar ki, Sarkisyan ABŞ-ın diqqətini cəlb etməyə nail oldu. Aprelin 25-də ABŞ-ın Dövlət katibi Con Kerri münaqişə ilə bağlı İlham Əliyev və Sarkisyana zəng etdi, onları sülhə dəvət etdi. Bu bəyanat Vaşinqtonda ən yüksək eşalonda təmsil olunan siyasətçilərin bir neçə həftəlik sükutundan sonra səsləndi”, - deyə amerikalı diplomat qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm