
Bu gün Azərbaycanın iqamətgahı Cənubi Afrika Respublikasının Pretoriya şəhərində yerləşən səfiri Elxan Poluxov öz etimadnaməsini Zimbabve Prezidenti Robert Qabriel Muqabeyə təqdim edib.
Səfirlikdən verilən məlumata görə, etimadnamələrin təqdim
edilməsi mərasimində səfir E.Poluxov Prezident R.Q.Muqabeyə
Azərbaycanın Zimbabvedə ilk səfiri olmasından məmnun olduğunu
bildirib və fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin
inkişaf etdirilməsinə dair bütün imkanlardan istifadə edəcəyini
söyləyib.
Daha sonra səfir Azərbaycan Prezidenti İlham Əliyevin səmimi
salamlarını həmsöhbətinə çatdırıb.
Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra regionun lider
dövlətinə çevrilməsini və bunun ümummilli liderimiz Heydər Əliyevin
təməlini qoyduğu siyasət və onun davamçısı olan Prezident İlham
Əliyevin addığı addımlar nəticəsində mümkün olduğu vurğulanıb.
Azərbaycanın Zimbabve ilə müxtəlif sahələrdə təcrübəsi ilə
bölüşməyə hər zaman hazır olduğunu bildirən səfir bu prosesin
qarşılıqlı olmasının tələb olduğunu söyləyib.
Öz növbəsində, Prezident R.Q.Muqabe Prezident İlham Əliyevə öz
səmimi salamlarını çatdırmağı xahiş edib və ölkələr arasında
münasibətlərin bundan sonra daha sürətlə inkişaf edəcəyinə ümüdvar
olduğunu deyib./Trend/