Avropanın “siyasi paytaxtı”ında terror qorxusu – FOTOLAR
Bizi izləyin

Nida.az

Avropanın “siyasi paytaxtı”ında terror qorxusu – FOTOLAR

Ötən il noyabrın 13-də Parisdə törədilən terror aktından sonra Fransada təhlükəsizlik tədbirləri gücləndirilib.

Publika.az-ın Fransaya ezam olunan əməkdaşı xəbər verir ki, hazırda Fransa hökuməti terror təhdidlərinin qarşını almaq üçün tədbirlər görür. Bu ölkəyə gələn hər bir şəxs bunu asanlıqla müşahidə bilər. Çünki Fransanın böyük şəhərlərinin küçələrində silahlı xüsusi təyinatlı polis qüvvələri, hətta hərbi avtomobillərdə hərbçilər dolaşır.

Bütün bunlar insanlarda narahatlıq yaratsa da, ancaq Fransa hökuməti terror təhdidlərindən qorunmaq üçün bu yolu tutmağa məcbur olub.

Hətta, xüsusi təyinatlı qüvvələrə təkcə Paris küçələrində deyil, hətta, Avropanın "siyasi paytaxtı” hesab olunan Strasburqda da tez-tez rast gəlmək olur.

Strasburqun bir neçə sakini ilə söhbət zamanı da aydın olur ki, məsələnin kökündə terror amili dayanır.

Sakinlər açıq şəkildə terror təhdidindən əziyyət çəkdiklərini söyləyirlər:

“Paris terrorunun qorxusu hələ də gözümüzün önündən getmir. O anlar mənim üçün çox dəhşətli idi. Tanrı bu acını bir daha bizə yaşatmasın. Əgər terror təhdidləri olmasaydı, indi bu şəhərin küçələri hərbçilər olmazdı”, deyə Apolline adlı Strasburq sakini bizimlə söhbətində deyir.

O deyir ki, silahlı hərbçilər şəhərin görkəmini dəyişib: “Bir tərəfdən bu, bizim təhlükəsizliyimiz üçün yaxşı olsa da, digər tərəfdən özümüzdə qorxu hiss edirik”.

Apolline ümid edir ki, tezliklə Qərb dünyası müsəlman aləmi ilə inkluziv cəmiyyət yarada biləcək: “Bununla da dünyada bütün insanlar rahat və xoşbəxt həyat yaşayacaq”.

Vasif Həsənli – Fransa

Fotolar müəllifə məxsusdur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm