Nida.az
Bahar Muradova: Azərbaycana terror təhdidləri davam edir
Cinayət Məcəlləsinə meyitlər üzərində təhqiramiz hərəkətlərə yol verilməsi ilə bağlı maddənin əlavə edilməsi təklif olunur.
Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri, Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxış edib.
B.Muradova deyib ki, ötən aprel ayındakı döyüşlərdən sonra hərbçilərin meyitlərinin mübadiləsi zamanı Azərbaycan hərbçilərinin meyitləri üzərində təhqiramiz hərəkətlərə yol verildiyi müəyyən edilib.
Komitə sədri bildirib ki, ermənilərin bu vəhşi hərəkəti bütün konvensiyalara ziddir, bəşəriyyətə, insanlığa qarşı cinayətdir: "Ancaq Cinayət Məcəlləmizdə bununla bağlı müvafiq maddələr yoxdur. Ona görə də belə cinayətlərə görə məsuliyyəti nəzərdə tutan maddələr Cinayət Məcəlləmizə əlavə edilməlidir".
B.Muradova qeyd edib ki, son hadisələr zamanı Azərbaycana qarşı qadağan edilmiş silahdan istifadə edildi: "Eyni zamanda vətəndaşların sağlamlığına, əmlakına ziyan dəydi. Təcavüzlə bağlı belə cinayətlərə görə Cinayət Məcəlləsində məsuliyyəti nəzərdə tutan maddələrin olması vacibdir. Digər tərəfdən, mən sağlamlığına və əmlakına ziyan dəymiş insanların hamısını Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyə çağırıram".
O əlavə edib ki, Azərbaycana yönəlik, Azərbaycana düşmən dairələr tərəfindən terror aktlarının törədilməsi və onların törədiləcəyi ilə bağlı hədələr, hətta ən ciddi silahla təhdid faktları hələ də davam edir.
Vitse-spiker əlavə edib ki, özü terrora məruz qalmasına baxmayaraq, Azərbaycan terrora qarşı mübarizədə çox ciddi mövqe tutur, beynəlxalq alyansın çox məsuliyyətli və vicdanlı üzvüdür: "Azərbaycan terrora məruz qalan bir ölkə kimi terrora qarşı bütün mübarizələrin ön cəbhəsində gedir".
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq