Nida.az
FİDE prezidenti: “Azərbaycan və Ermənistan şahmat oynasınlar”
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov federasiyanın himayəsi altında Ermənistan və Azərbaycan arasında şahmat internet-matçının keçirilməsini təklif edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, FİDE prezidenti bu barədə Ermənistanda “Sputnik” radiosunun efirində deyib.
Onun sözlərinə görə, şahmat qarşılıqlı anlaşmaya kömək edir.
İlyumjınov öz təklifini ilk olaraq Ermənistan prezidentinə çatdırıb. Onun sözlərinə görə, Serj Sarkisyan təklifi qəbul edib. FİDE prezidenti bildirib ki, mayın 24-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə təklifini ona da çatdıracaq.
“Azərbaycanla Ermənistan kollektiv şahmat oynasınlar. İnternet vasitəsilə gediş edərək oyunda arzu edən istənilən şəxs iştirak edə bilər. Bütün məsələlər sülh yolu ilə şahmat masasının arxasında həll edilsin. Yalnız şahmat lövhəsi arxasında vuruşsunlar. Bu, xalqlar arasında qarşılıqlı etimada kömək edə bilər. Qədim yunanlar Olimpiya Oyunları zamanı bütün müharibələri və münaqişələri dayandırırdılar. Ümid edirəm ki, şahmat və idman bəşəriyyətin birləşməsinə xidmət edəcək. Ümumdünya şahmat olimpiadası zamanı şahmatçılar dünyanın bütün ölkələrinə nümunə verəcəklər ki, sülh və dostluq içində yaşamaq lazımdır. Xüsusən, bütün dünyada 100-dən çox silahlı konfliktin olduğu indiki vaxtda”, - o, deyib.
Ömər Dağlı
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO