Nida.az
ABŞ kəşfiyyatından MÜHARİBƏ ANONSU: “Qarabağda döyüş olacaq və Rusiya...”
“Dağlıq Qarabağ münaqişənin həllinə yönələn diplomatik danışıqlar qaynar templə davam edir. Lakin irəliləyişə çox da ümidlər yoxdur. Mayın 16-da Vyanada ATƏT-in vasitəçiliyi ilə Rusiya, Birləşmiş Ştatlar və Fransanın iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri görüşərək, sülh danışıqlarına sadiq olduqlarını elan etdilər. Buna baxmayaraq, 17-18 mayda atəşkəs pozuntuları qeydə alındı. Aprel eskalasiyası isə ümumiyyətlə bu münaqişənin həllinin vacibliyini gündəmə gətirdi. Dağlıq Qarabağ münaqişəsində narahatlıq doğuran digər məqam ona oxşar hadisələrin digər post-sovet ölkələrində də baş verməsidir. Misal üçün, Şərqi Ukrayna”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” mərkəzinin təhlilində deyilir.
Mərkəz Ukrayna və Dağlıq Qarabağ münaqişəsinin hər ikisinin köklərinin Rusiyaya gedib çıxdığını yazır: “Hər iki münaqişənin yerləşdiyi Şərqi Avropa və Qafqazda Rusiya və Qərbin maraqları var. Bu baxımdan, diplomatik danışıqlar bəzi ölkələrin, xüsusilə Rusiyanın maraqlarına cavab vermir. Faktiki olaraq, bu münaqişələrin idarəolunan olması ona daha sərfəlidir”.
“Stratfor” qeyd edir ki, Ukraynada olduğu kimi, Dağlıq Qarabağda da kompromislər və siyasi danışıqlar imkanı var: “Lakin dəfələrlə razılaşmalara baxmayaraq, uzunmüddətli atəşkəsin olması ehtimalı azdır. Bu baxımdan, Ukraynada olduğu kimi Dağlıq Qarabağda da atəşkəs haqda razılaşmalar olsa da, silahlı qarşıdurmanın davam etməsi gözləniləndir. Hətta ən yüksək səviyyədə öhdəliklər belə müharibənin davam etməsinin qarşısını ala bilmir”.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR