Nida.az
Erməni KİV: “Putin Sarkisyanı alçaltmaqda davam edir”
“Azərbaycan Moskva üçün o qədər qiymətlidir ki, Rusiya
buna görə Ermənistanı qurban verməyə hazırdır”.
Publika.az xəbər verir ki, bu barədə
“armenianreport” saytında yayımlanan məqalədə deyilir.
Tevos Arşakyanın müəllifi olduğu məqalədə qeyd olunur ki, Putin
Sarkisyanı alçaltmaqda davam edir: “Sarkisyan rejiminin Kreml
kuratorları Ermənistanı və erməni xalqını təhqir edir. Biz hamımız
yaxşı xatırlayırıq ki, aprel döyüşləri zamanı Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı
açıq şəkildə Ermənistana dəstək verməkdən imtina etdilər. Rusiya
bizim ərazimizə hərbi bazası kimi baxır. Aprelin 15-də İrəvanda
Rusiya və Ermənistan parlamentlərinin müdafiə və təhlükəsizlik
komissiyalarının birgə iclası oldu. Bu tədbirdə Rusiyanın müdafiə
və təhlükəsizlik məsələləri ilə məşğul olan Rusiya senatorları
iştirak edirdilər. Lakin bu tədbirdə göstərdi ki, Rusiyadan olan
qonaqlar Ermənistanı müdafiə etmək, Azərbaycanı isə ittiham etmək
fikrində deyillər. Sonda nəzərdə tutulan bəyanat da qəbul edilmədən
Moskvaya göndərildi. Rusiya Federasiya Şurasının komitə sədrinin
birinci müavini Aleksandr Çekalin izah etdi ki, Rusiya
parlamentinin proseduruna görə, bəyanatı əvvəlcə parlamentin başqa
komitələri ilə uyğunlaşdırmaq lazımdır. “Biz razılaşdıq ki, bəyanat
Moskvaya göndəriləcək, üç komitə onu müzakirə edəcək və sonra qəbul
ediləcək”, - deyə o bildirib”.
Müəllif qeyd edir ki, Azərbaycan Moskva üçün çox qiymətlidir və
buna görə, Ermənistanı hər an qurban verməyə hazırdır.
Asif
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR