Nida.az
Əli Həsənov: Dövlət siyasəti hansısa kənar qüvvənin təsiri ilə həyata keçirilmir
Leyla və Arif Yunuslar, Xədicə İsmayılova və Rauf Mirqədirovun həbsinin Azərbaycan vətəndaş cəmiyyəti və daxili siyasət normalarının tendensiyası deyil. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ANS-ə açıqlamasında deyib.
Ə.Həsənov qeyd edib ki, Azərbaycanda 12 min jurnalist fəaliyyət göstərir və onların böyük əksəriyyəti azadlıqda müvəffəqiyyətlə fəaliyyət göstərir: "Azərbaycannda yaşlı əhalini təmsil edən 3500 və təxminən o qədər də gəncləri təmsil edən qeyri-hökümət təşkilatı var. Çoxsaylı hüquq-müdafiə təşkilatları var, onların rəhbərləri Azərbaycan hakimiyyətini heç də Leyla Yunus və yaxud digərlərindən az tənqid etmir, amma onlar da azadlıqdadırlar".
Prezidentin köməkçisi vurğulayıb ki, 3-5 adamın ayrı-ayrı vaxtlarda ayrı-ayrı qanun pozuntularına görə həbs olunması heç də Azərbaycanın daxili siyasətinin və vətəndaş cəmiyyətinin normalarının tendensiyası deyil: "O ki qaldı onların azad olunmasına, cənab Prezident indiyə qədər, demək olar ki, ayrı-ayrı hüquq pozuntuları üzrə həbs olunan, digər əməllərinə görə həbsə düşən insanların böyük əksəriyyətinə qarşı humanistlik nümayiş etdirib, onları əvf edib və bundan sonra da əfv siyasəti davam edib. Bunu qətiyyən beynəlxalq aləmin iradəsi ilə, beynəlxalq aləmin tələbləri ilə əsaslandırmaq olmaz. Azərbaycan vətəndaş cəmiyyəti bütün bu işləri ona görə edir ki, bunlar Azərbaycan xalqına lazımdır. Onun iradəsini əks etdirərək bunu həyata keçirir".
Ə.Həsənov vurğulayıb ki, dövlət siyasəti hansısa kənar qüvvənin təsiri ilə həyata keçirilmir: "Bu anlamda Azərbaycan vətəndaş cəmiyyətinin normaları bu gün kifayət qədər rəvandır və inkişaf etməkdə davam edir".
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi