Nida.az
Akademik: “Azərbaycanlılar virtual aləmdə fəal olmalıdır”
Bu gün Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində "Müasir dövrdə informasiya müharibəsi - müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri" mövzusunda panel iclası təşkil olunub.
Publika.az xəbər verir ki, müzakirələrdə çıxış edən Milli Məclisin deputatı, politoloq Elman Nəsirov informasiya təhlükəsizliyi məsələlərinin xüsusi önəmindən danışıb.
Bildirib ki, Azərbaycanın Ermənistanla informasiya müharibəsində qalib gəlməsi ərazi bütövlüyünün təmin olunmasında mühüm rol oynaya bilər.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib ki, 90-cı illərdə Azərbaycanda televiziyanın enerji blokunun partladılması ilə respublikamıza ciddi problem yaradılmışdısa, bu gün artıq Azərbaycanın öz peyki var: "Bizim müstəqilliyimiz bizim sərvətimizdir, onu qorumalı və ayıq olmalıyıq. Azərbaycan "Vikipedia"da fəal olmalı, ölkəmizin uğurları barədə məlumatlar yerləşdirilməlidir. Çünki 3-5 milyonluq əhalisi olan bədnam qonşumuzun "Vikipedia"da 200 min məqaləsi olduğu halda, 50 milyonluq azərbaycanlının cəmi 100 min məqaləsi var. Bizim böyük potensialımız var, əl-ələ verib fəal olmalıyıq. Azərbaycan virtual aləmdə aktiv iş aparmalıdır. Tək Azərbaycan əhalisinin səyləri yetərli deyil, bütün dünya azərbaycanlıları əl-ələ verməlidir".
Özbəkistandan gələn tədqiqatçı, Qarabağ üzrə araşdırmaçı alim Şöhrət Salamov Azərbaycan və Özbəkistan xalqının dostluğundan və qardaşlığından danışıb.
O, qeyd edib ki, Özbəkistan erməni işğalına qarşıdır: "Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıyıq. Ancaq silah yolu ilə deyil, sülh yolu ilə məsələnin həllini istəyirik".
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Prezident İlham Əliyevin fikirlərinə istinad edərək informasiya mübarizəsində daha aktiv olmağın vacibliyini vurğulayıb: "İnformasiya müharibəsində daha çox xarici ölkələrin jurnalistlərindən istifadə olunmalıdır, bu, daha çox effekt verir. Biz ancaq Azərbaycan mediasında çıxış etməklə kifayətlənəcəyiksə, təbii ki, informasiya sahəsində qələbədən danışmağa dəyməz. Ona görə də xarici jurnalistlərlə əlaqələr gücləndirilməlidir".
H.Cavadov informasiya sahəsində uğurlu fəaliyyət üçün koordinasiya şurasının yaradılması təşəbbüsü ilə çıxış edib.
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev isə azərbaycanlıların soyqrımı və Qarabağın işğalı ilə bağlı həqiqətlərin dünyaya yayılması üçün bir sıra xarici ölkələrin təcrübəsindən istifadə edildiyini söyləyib.
Panel iclası çıxışlarla davam etdirilib.
Vasif Həsənli
-
Nida Xəbər 10:31
Leyla Əliyeva Qocalar evində - FOTO
-
Dünya09:48
Mask ermənilərə söz verdi: Növbəti əlverişli fürsətdə...
-
MDB09:12
Avtomobillərin texniki baxış qiymətləri yenidən bahalaşacaq
-
Magazin208:22
"Qremmi" mükafatlı müğənni vəfat etdi
-
Hadisə07:55
Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTO
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi