İlham Əliyev Danimarka kraliçası və İsveç kralını təbrik edib
Bizi izləyin

Nida.az

İlham Əliyev Danimarka kraliçası və İsveç kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Danimarka Kraliçası II Marqreteyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Danimarka Krallığının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Danimarka xalqına daim sülh və rifah diləyirəm".

***

Dövlətimizin başçısı İsveç Kralı XVI Karl Qustavı da təbrik edib.

Məktubda qeyd olunur: "İsveç Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İsveç xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm