Nida.az
Metyu Brayza: “ABŞ-ın kənara çəkilməsi Rusiyanı Qarabağda əsas oyunçu etdi”
"Aprel döyüşlərinin gedişatında və ondan sonrakı dövrdə ABŞ-ın özünü kənara çəkməsinə görə Rusiya bütün təşəbbüsü ələ aldı. Məhz buna görə də bütövlükdə Avropa, xüsusilə də Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanı aparıcı oyunçu adlandırır".
Publika.az xəbər verir ki, bu barədə Minsk qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Prezident İlham Əliyevin Almaniya səfəri zamanı Angela Merkelin "Rusiya Qarabağ münaqişəsinin həllində aparıcı ölkədir" açıqlamasını şərh edərkən deyib.
Amerikalı diplomat Angela Merkelin bu bəyanatını təəccüblü hesab
etmir.
"Əslində, Merkelin belə bəyanatı təəccüblü deyil. Çünki Almaniya Rusiya ilə normal diplomatik və işgüzar münasibətləri bərpa etməyə çalışır. Berlin ehtimal ki, bunun üçün vasitələr tapmağı çox istəyir. Həmçinin, Merkel Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının vacibliyini gündəmə gətirərək, erməni məsələsinə görə Türkiyə ilə yaranmış gərginliyi azaltmaq niyyətindədir. 2009-cu ildə Obama bu dərsi aldı. Çünki Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində iştirakçısı olaraq erməni məsələsində loyallıq göstərmək, avtomatik olaraq danışıqlar prosesinin dalan dirənməsi ilə nəticələnir. O mənada ki, bu tərəflərdən birinin yaxınlaşdırmaq, o birini uzaqlaşdırmaq deməkdir. Görünür, Merkel bu xətti tutub", - deyə o bildirib.
Asif
-
Kriminal21:29
Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı
-
İdman20:48
Estoniya - Azərbaycan görüşündə üçüncü qol - CANLI/YENİLENDİ
-
Nida Xəbər 20:20
Oqtay Şirəliyev cərimələndi - Nə baş verib?
-
Magazin120:10
Emin Ağalarovun "SeaBreeze”də kimə ev verəcəyi bilindi - FOTO
-
Nəqliyyat18:35
Metroda qatarlar gecikdi - SƏBƏB
-
Sosial17:43
Arutyunyan və Babayanın həbs müddəti uzadıldı
-
Sosial17:16
Bu icra başçıları çətin durumda - Qanunsuz sənədlər aşkarlandı
-
İdman16:47
Olimpiadaya getmək istəyən cazibədar idmançı: Görün hansı yolla pul qazanır - FOTOLAR