Əli Həsənov: "Rusiyanın mövqeyində yumşalma var"
Bizi izləyin

Nida.az

Əli Həsənov: "Rusiyanın mövqeyində yumşalma var"

"Bu gün dünyada qaçqın və məcburi köçkün problemi kritik həddə çatıb, Avropada bu problem çox gərgindir. Bəlkə də bu, kulminasiya nöqtəsinə çatıb".

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Ümumdünya Qaçqınlar Günü ilə bağlı keçirilən tədbirdə deyib.

Ə.Həsənov bildirib ki, SSRİ-nin dağılması ərəfəsində dünyada yeni problemlər meydana çıxdı, güclü dövlətlərin ərazilərə nəzarət əldə etmək cəhdləri nəticəsində yeni münaqişələr meydana gəldi: "Azərbaycanı da bu münaqişələrə qoşdular və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi meydana gəldi. Keçmiş SSRİ rəhbərliyi Sumqayıtda hadisələr törətdi ki, guya Sumqayıtda ermənilərə qarşı zorakılıq olub, ancaq biz sübut edik ki, bu, SSRİ DTK-si tərəfindən törədilən hadisədir. Sonradan Ermənistandan 250 min azərbaycanlı çıxarıldı, Azərbaycanın əraziləri işğal olundu və bu gün Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var".

Ə.Həsənov bilirib ki, ATƏT-in Minsk qrupu yarandığı dövrdən heç bir irəliləyiş əldə olunmayıb: "Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan öz gücü ilə torpaqlarını işğaldan azad etməyə hazırdır, ancaq biz münaqişənin sülh yolu ilə həllini istəyirik. Lakin Ermənistan rejimi buna məhəl qoymur, çünki onlar Dağlıq Qarabağ münaqişəsi üzərindən hakimiyyətə gəliblər və ona görə də konstruktiv mövqe ortaya qoymurlar. Lakin aprel ayında Ermənistan tərəfinin təxribatının qarşısı alınarkən Azərbaycan Ordusu göstərdi ki, Prezidentin dediyi kimi, Azərbaycan öz torpaqlarını azad etmək iqtidarındadır".

Baş nazirin müavini son dövrlərdə Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində yumşalma olduğunu diqqətə çatdırıb: "Biz görürük ki, Rusiya dövlətinin bu problemlə bağlı mövqeyində obyektiv yumşalma var. Ümid edirik ki, Sankt Peterburqda prezidentlərin görüşündə irəliləyiş olacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm