Nida.az
“Metsamor” məsələsi AŞPA-da qaldırıldı
Avropa Şurası Parlament Assambleyasının iyunun 19-24-də keçirilən yay sessiyasında Ermənistanda yerləşən "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyətinin yaratdığı təhlükələr məsələsi qaldırılıb.
Publika.az xəbər verir ki, Azərbaycan nümayəndə
heyətinin üzvü Vüsal Hüseynov AŞPA-ya bu məsələyə müdaxilə etmək
çağırışı edib: "Assambleyanın diqqətini mühüm ekoloji və insan
hüquqları ilə bağlı məsələ olan, Ermənistanda yerləşən "Metsamor"
Atom Elektrik Stansiyasının fəaliyyətinə yönəltmək istərdim. Belə
ki, Ermənistanın məsuliyyətsiz davranışı nəticəsində minlərlə insan
həyatı məhv ola bilər. Bu məsələ əvvəllər AŞPA-nın bir sıra
struktur qurumlarında müzakirə edilsə də Assambleyanın diqqətinə
təqdim edilməyibdir. Lakin indi hesab edirik ki, bu məsələ xüsusilə
yüksək diqqət tələb edir və bunun üçün 2 həyəcan siqnalı mövcuddur.
Birinci səbəb Gürcüstan rəsmilərinin cari ilin aprel ayında bir
neçə Ermənistan vətəndaşının 200 milyon avro dəyərində nüvə
materiallarının qaçaqmalçılığı zamanı həbsi edilməsi ilə bağlı
verilmiş rəsmi məlumatdır. Təəssüf ki, bu birinci belə fakt deyil,
oxşar hallar əvvəldə baş veribdir. Qaçaqmalçılıq üçün imkanlar,
Ermənistanda mövcud yüksək korrupsiya hansı ki, hüquq mühafizə və
sərhəd xidmətlərindən yan keçmir, bu ölkəni qara əllər və
terrorçular üçün cəlbedici edir. Təəssüf ki, Ermənistanın özündə də
belə qara əllər mövcuddur. Belə ki, Ermənistanın hazırki, parlament
üzvü və keçmiş Baş Nazirinin müavini dəfələrlə Ermənistanın nüvə
silahını əldə etməsini bildirmişdir. Baş verən hadisələr və
bəyanatlar fonunda bu stansiyanın fəaliyyəti çox
narahatedicidir".
V. Hüseynov qeyd edib ki, ikinci əsas səbəb stansiyanın
vəziyyətidir.
"Bu stansiya 1976-cl ildə fəaliyyətə başlayıb və fəaliyyətini 1988-ci ildə zəlzələdən sonra dayandırıbdır. 1995-ci idə geniş beynəlxalq təzyiqlərə baxmayaraq, fəaliyyətini bərpa edibdir. Faktiki olaraq Avropa İttifaqı bir neçə dəfə bu stansiyanın fəaliyyətinin dayandarılması üzrə Ermənistana çağırışlar edibdir. Qeyd etdiyim zəlzələnin episentiri bu stansiyadan 75 km aralıda idi. "Metsamor"un fəaliyyəti təkcə Ermənistan əhalisi üçün təhlükə yaratmır eyni zamanda region üçün böyük təhlükədir. Belə ki, o təqribi olaraq qonşu ölkələrdən 20-100 km məsafədə yerləşibdir. Bu baxımdan Assambleynın müdaxiləsi çox mühümdür. Görünür ki Ermənistan rejimi nəinki öz əhalisi heç region əhalisinin təhlükəsizliyi barədə də düşünmür. Bu səbəbdən Assambleya olaraq biz çağırış etməliyik ki, stansiyada təhlükəsizlik tələbləri gücləndirilsin və insanların hüquqlarına və təhlükəsizliyinə hörmət edilməklə, istismar müddəti bitmiş köhnə stansiyanın fəaliyyəti dayandırılsın. Çernobl və Fukuşima fəlakətləri heç zaman yaddan çıxmayacaqdır və biz yeni bir problemin qarşısını almaq üçün səsimizi qaldırmalıyıq", - deyə o çıxışından burğulayıb.
Asif
-
Dünya16:00
İran Trampı öldürmək üçün hərəkətə keçdi: Siyahıda onların da adı var
-
Sosial14:40
Azərbaycanda hotellərin qiyməti qalxır: Səbəblər bəllidir
-
İqtisadi gündəm14:02
Türkiyə üçün tarixi şans: Ankara bunu siyasi "kozır"a çevirəcək
-
Sosial13:00
Əhməd Əhmədova ailə mülkiyyətindən pay düşürmü? - Vəkil danışdı
-
Dünya12:20
Ukrayna üçün şok proqnoz: "Sadəcə öləcək!"
-
Sosial11:45
Emin Ağalarovun ev verdiyi qadın görün kim imiş - VİDEO
-
Sosial11:30
Bakıda taksilərlə bağlı bu problem həll olunur: Daha narazılıq olmayacaq?
-
Sosial10:40
Azərbaycanlılara xaricdə ev aldıran səbəblər