Lavrov fransalı həmkarı ilə Qarabağı müzakirə edəcək
Bizi izləyin

Nida.az

Lavrov fransalı həmkarı ilə Qarabağı müzakirə edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 29-da Parisdə fransalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

Publika.az "TASS"-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, S. Lavrov bu gün Fransaya yola düşür.

"Səfər zamanı Sergey Lavrov fransalı həmkarı Mark Eyro ilə Qarabağ münaqişəsinin nizama salınması prosesini müzakirə edəcək. Görüşdə mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşlərin nəticələri ilə bağlı da müzakirələr aparılacaq", - deyə o qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm