Bahar Muradova: “Qaçqın və məcburi köçkünlərin problemləri daim diqqətdədir”
Bizi izləyin

Nida.az

Bahar Muradova: “Qaçqın və məcburi köçkünlərin problemləri daim diqqətdədir”

Tbilisidə ATƏT Parlament Assambleyasının Demokratiya, insan haqları və humanitar məsələlər üzrə komitəsinin iclası keçirilib.

Publika.az-ın "Report"a istinadən məlumatına görə, iclasda qaçqın, məcburi köçkün və miqrant məsələləri diqqət mərkəzində olub.

Tədbirdə Serbiyadan olan məruzəçi Qordan Komiç ATƏT regionunda insan hüquqlarının vəziyyəti, miqrasiya problemləri ilə əlaqədar çıxış edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova məruzə ətrafındakı müzakirələrdə çıxış edib. Ermənistandan deportasiya olunmuş və torpaqlarımızın işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların problemləri barədə ətraflı məlumat verib. O, Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri diqqətə çatdırıb.

"ATƏT və digər beynəlxalq təşkilatlar da miqrant, qaçqın və məcburi köçkünlərin probleminin həlli ilə məşğul olurlar. Amma təəssüf ki, bu problemlərin həlli ilə bağlı təşkilatların operativ iş mexanizmi yoxdur", - deyə B.Muradova vurğulayıb.

Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Kamran Nəbizadə deyib ki, bu gün Azərbaycan hökuməti təkbaşına bir milyondan çox qaçqın və məcburi köçkünün problemini həll edir: "Avropada, Türkiyədə minlərlə miqrant var. Bu problemlərin həlli üçün birgə vahid mərkəz yaradılmalıdır. Mərkəz bu problemi yaradan səbəbləri öyrənməli və həlli yollarını tapmalıdır".

Deputat Azərbaycanda keçirilən dini dözümlülük və multikulturalizm tədbirlərini qeyd edib: "Azərbaycanda bu il "Multikulturalizm ili" elan olunub. ATƏT DTİHB tərəfindən bu il Bakıda dinlərarası beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub. ATƏT PA üzvlərini bu tədbirdə fəal iştiraka dəvət edirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm