Vahid Əhmədov: “Prezidentin NATO sammitinə dəvət edilməsi əhəmiyyətli hadisədir”
Bizi izləyin

Nida.az

Vahid Əhmədov: “Prezidentin NATO sammitinə dəvət edilməsi əhəmiyyətli hadisədir”

Azərbaycanın baş nazirinin sabiq birinci müavini, millət vəkili Vahid Əhmədov Prezident İlham Əliyevin Varşavada keçirilən NATO sammitində iştirak etmək üçün Polşaya səfərinə münasibət bildirib.

Deputat V.Əhmədov Publika.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin NATO sammitinə dəvət edilməsi əhəmiyyətli hadisədir.

Onun sözlərinə görə, Azərbaycan-NATO münasibətləri hər zaman yüksək səviyyədə olub: "Hazırda da Azərbaycan NATO ilə hərbi sahədə əməkdaşlıq həyata keçirir.

Ümumiyyətlə, son vaxtlar NATO-nun dünyada genişlənməsi çox ciddi mübahisə doğurur. Xüsusilə də NATO-nun keçmiş SSRİ və Şərqi Avropa ölkələrində genişlənməsinə Rusiya tərəfindən təzyiqlər var. Bütün bunlara baxmayaraq, NATO ilə əməkdaşlıq mövcuddur".

V.Əhmədov qeyd edib ki, NATO-ya üzv ölkələr həm də güclü iqtisadiyyata malikdirlər: "Ona görə də Azərbaycanın NATO ilə əməkdaşlığı müsbət əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Azərbaycan Prezidentinin də Varşavada keçirilən NATO sammitində iştirakı çox əhəmiyyətli hadisədir. Bu, Azərbaycan üçün çox faydalı və vacib idi. Çünki Azərbaycanın Qərbə inteqrasiyası gündəlikdən çıxmayıb və hələ də gündəmdədir. NATO kimi böyük təşkilatla hərbi əməkdaşlıq aparmaq və ikitərəfli əməkdaşlıq çərçivəsində müqavilələr imzalamaq Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm