İŞİD-in Azərbaycan PLANI, “yeni Dəmir Ledi”, Putinə nüvə təklifi... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

İŞİD-in Azərbaycan PLANI, “yeni Dəmir Ledi”, Putinə nüvə təklifi... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Günün ilk saatlarında medianın əsas diqqəti İŞİD terror qruplaşmasının Azərbaycanla bağlı planları barədə yayılan informasiya oldu. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri iyulun 11-də gündəmdəki əsas hadisələrdən biridir.

İŞİD Azərbaycanda terror aktları planlaşdırır?

İŞİD azərbaycanlı və şimali qafqazlı üzvlərinə Türkiyə və Azərbaycanda terror aktları törətmək üçün təlimat verib.

Bu barədə Türkiyənin "Milliyet" qəzeti yazıb.

Qəzet həmçinin qeyd edir ki, Türkiyə təhlükəsizlik idarəsinin iyun ayında bölgələrə göndərdiyi yazılı tapşırıqda azərbaycanlı və Qafqaz əsilli İŞİD-çilərin terror hücumlarına hazırlaşdıqlarına dair xəbərdarlıq edilib. "Milliyet" Türkiyə təhlükəsizlik idarəsinə istinadən xəbər verir ki, azərbaycanlı və şimali qafqazlı kamikadzelər Türkiyə və Azərbaycanda terror aktı törədəcəklər.

Bununla yanaşı, qəzet Türkiyə və Avropa ölkələrində terror aktları törətməyi prioritet seçən İŞİD-in terrorçularını Azərbaycan, Kipr və Gürcüstan üzərindən göndərməyi planlaşdırdığını qeyd edib. Məlumata görə, İŞİD terror aktları törətmək üçün 25 nəfərlik kamikadze qrupu yaradıb.

Lavrov Bakıda

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana işgüzar səfərə gəlib.

Səfər çərçivəsində Sergey Lavrov Prezident İlham Əliyevlə görüşüb. Rusiya XİN rəhbərinin Azərbaycanda keçirdiyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən danışıb və Putinin mövqeyini açıqlayıb. O deyib ki, Putin danışıqlar prosesinin gedişindən razıdır, münqişənin həlli üçün töhfə verməyə hazırdır.

Kameronun xələfi məlum oldu

Devid Kameronun istefasından sonra İngiltərənin yeni baş naziri Teresa Mey olacaq.

İngiltərədə Mühafizəkarlar Partiyasının lideri və yeni baş nazir seçkisində yarışa davam edən iki nəfərdən biri – energetika naziri Andrea Lids geri çəkilib.

Nazarbayevi niyə devirmək istəyiblər?

Qazaxıstan biznesmeni Toxtar Tuleşovu çevrilişə böyük borcları məcbur edib.

Bunu Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Mətbuat katibi Ruslan Karasev jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, Tuleşovun 200 milyon dollar borcu olub:

"Məhz belə bir anda Tuleşovun hakimiyyət çevrilişi etmək ideyası yaranıb. Planının uğurla reallaşacağı təqdirdə Tuleşov hökumətin nəzarətindəki resurslar hesabına öz borclarını ödəməyi planlaşdırıb".

İranın parçalanma ssenarisi hazırlanır

1981-ci ildə İrandan sürgün edilən Xalq Mücahidləri Təşkilatı Parisdə "Azad İran" adlı toplantı keçirib.

Toplantıda Səudiyyə Ərəbistanının keçmiş kəşfiyyat şefi şahzadə Türki Faysal Əl Səud da qatılıb. Faysal çıxışında İranda dini rejimin çökəcəyini deyib: "Xalq rejimin dağılmasını istəyir. Mən də bunu istəyirəm. Xomeyninin ilk qurbanı İran xalqı idi. Ərəb dünyası sonsuza qədər İran xalqının yanında olacaq".

İran Xarici İşlər nazirinin müavini Əmir Abdullahiyan Faysalın çıxışına münasibət bildirərək deyib ki, Səudiyyə kəşfiyyatı ilə "Münafiqlər" (İran rəhbərliyinin Xalq Mücahidlərinə verdiyi ad. – red.) arasında iş birliyi mövcuddur.

Obamadan Putinə nüvə təklifi: Rusiya razılaşacaqmı?

ABŞ prezidenti Barak Obama administrasiyası Rusiyaya strateji hücum silahlarının ixtisarına dair (CNV-3) müqavilənin müddətini daha 5 il uzatmağı təklif etmək imkanına baxır.

Bu haqda anonim mənbələrə istinadən "Washington Post" qəzeti bildirib.

5 fevral 2011-ci ildə qüvvəyə minən (2021-ci ildə müddəti bitir –red.) SNV-3 strateji hücum silahlarının ixtisarı və sayının məhdudlaşdırılmasını nəzərdə tutur. Moskvada razılaşmaya ciddi şəkildə riayət etdiyini iddia edir. Son zamanlar Rusiya hakimiyyəti Amerikanın Avropada qurduğu raketdən müdafiə sistemi ilə əlaqədar müqavilədən çıxmasını istisna etmir.

Rusiya Gürcüstana silah satışını bərpa etdi

Rusiyanın "Kalaşnikov" konserni 2006-cı ildə tətbiq edilmiş qadağadan sonra Gürcüstana mülki silahların tədarükünü bərpa edib.

Bu barədə konsernin marketinq üzrə direktoru Vladimir Dmitriyev bildirib. Onun sözlərinə görə, şirkət yaxın 5 ildə tədarükün həcmini artırmaq niyyətindədir.

Konsern ilk dəfə olaraq Tiflisin "Kalibr" silah mağazasında brend-zona açıb. Konserndən bildiriblər ki, "Kalaşnokov"un Tiflisdəki brend-zonasında ənənəvi atıcı məhsullarla yanaşı, "Kalaşnikov" və "Baykal" markaları altında buraxılması planlaşdırılan əlavə məhsullar da təqdim olunacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm