İlham Əliyev Fransa prezidentinə başsağlığı verdi
Bizi izləyin

Nida.az

İlham Əliyev Fransa prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Fransanın Nitsa şəhərində törədilən terror aktına görə Fransa Prezidenti Fransua Ollanda başsağlığı məktubu göndərib.

Publika.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Nitsa şəhərində törədilmiş dəhşətli terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.

Biz bu qəddarlıq əməlindən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik.

Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm