Aqil Abbasdan həmkarlarına SƏRT QADAĞA
Bizi izləyin

Nida.az

Aqil Abbasdan həmkarlarına SƏRT QADAĞA

Millət vəkili Aqil Abbas bir sıra mətbuat vasitələrində fikirlərinin təhrif edilməsinə münasibət bildirib.

Deputat Publika.az-a açıqlamasında deyib ki, o, daha heç bir mətbuat orqanına müsahibə verməyəcək: "Mən üç gün bundan qabaq qəzetdə də elan verdim ki, daha heç bir mətbuat orqanına müsahibə verməyəcəm. Çünki mediaya verdiyim müsahibəyə bəzi saytlar elə başlıq seçirlər ki, fikirlərim təhrif edilmiş olur. Fikirlərim təhrif edilmiş şəkildə başlıqlara çıxarılandan sonra isə sosial şəbəkədə mənə qarşı qeyri-düzgün münasibət formalaşır. Artıq yorulmuşam, daha müsahibə vermək istəmirəm. Heç bir jurnalistdən də incikliyim yoxdur".

Qeyd edək ki, Aqil Abbas kütləvi informasiya vasitələrinə hər zaman açıq olan deputat kimi xatırlanır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm