Qarabağ kartı yenidən işə düşdü: 1998-ci il hadisələri təkrarlana bilər
Bizi izləyin

Nida.az

Qarabağ kartı yenidən işə düşdü: 1998-ci il hadisələri təkrarlana bilər

Ermənistanda baş verən etiraz dalğasında Qarabağ kartı işə salınır.

Publika.az xəbər verir ki, bu barədə etirazçıların önündə çıxış edən siyasi fəal, şair Ruben Axverdyanın Qarabağ haqda dedikləri bu ssenarinin gündəmdə olduğunu göstərir.

"Əgər bu dəfə də hakimiyyətə qarşı birləşə bilməyəcəyiksə, onda biz tamamilə Qarabağı itirəcəyik", - deyə o bildirib.

Onun sözlərinə görə, Ermənistanın türklər və ruslarla problemi var: "Bunlar ölkəni zülm altında saxlayır. Unutmayın ki, onlar xalqımıza deyil, Rusiya xüsusi xidmət orqanlarına xidmət edirlər. Əgər biz bu hakimiyyətə qarşı birləşə bilməsək, Qarabağı belə tamamilə itirəcəyik", - deyə o Sarkisyan hakimiyyətinin ünvanına ittihamlar səsləndirib.

Qeyd edək ki, İrəvanda keçirilən etiraz aksiyalarında bu fikrin gündəmə gəlməsi 1998-ci il hadisələrini xatırladır. Həmin vaxt Levon Ter-Petrosyan Qarabağ münaqişəsinin həllinə razılaşdığı üçün onu hakimiyyətdən devirdilər. Yerinə "Qarabağ klanı" gəldi. İndi eyni mənzərənin yaranması iki versiyanı önə çıxarır.

Birincisi: Sarkisyan hakimiyyəti Qarabağ münaqişəsinin həllinə razılaşıb. "Qarabağ klanı" da hakimiyyətdə qalmalarının yeganə səbəbi olan bu kartı əldən verməmək üçün etiraz edərək, Sarkisyanı devirmək istəyirlər.

İkincisi: Sarkisyan ərazilərin qaytarılması faktı ilə üz-üzə qalıb. Belə vəziyyətdə o, etiraz aksiyalarını dizayn edərək, "xalqın istəmədiyi" görüntüsü yaradır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm