Nida.az
Bakıda erməni casusu tutulub?
Sosial şəbəkələrdə Azərbaycanda Rusiya vətəndaşı Marat Ueldanovun saxlanılması barədə məlumat və şərhlərin yayılması ilə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyi rəsmi bəyanat yayıb.
Publika.az virtualaz-a istinadən bildirir ki, bəyanatda deyilir ki, iyunun 23-də səfirliyə Azərbaycan XİN-dən nota daxil olub. Notada deyilir ki, iyunun 9-da Azərbaycanda Cinayət Məcəlləsinin 234.4.3 maddəsinə - iri həcmdə narkotik vasitələrin əldə edilməsi, istehsalı, saxlanılması və yayılmasına görə ittiham edilərək erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb və istintaq təcridxanasına yerləşdirilib.
Bir neçə gün sonra saxlanılanın bacısı olduğunu deyən M.V.Mirzoyan səfirliyə müraciət edib və bilidirib ki, əsl soyadı Qalustyan olan qardaşı casusluq şübhəsi ilə saxlanılıb.
Səfirlik müvafiq izahat almaq üçün Azərbaycanın səlahiyyətli orqanlarına müraciət edib. Həmçinin iyulun 5-də Azərbaycan XİN-ə rəsmi nota göndərilib.
Səfirlik müvafiq izahatlar almaq və saxlanılanla görüşmək üçün Azərbaycan tərəfi ilə işi davam etdirir.
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO