Nida.az
Neva sahilində batan Qərb, Qarabağın azad olunacağı tarix – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bu gün dünyanın gözü Neva çayının sahillərində idi.
2015-ci il 24 noyabr tarixində Suriya sərhədində Rusiya
təyyarəsinin türk pilot tərəfindən vurulması ilə bölgədə alt-üst
olan siyasi tarazlıq məhz bu çayın sahilində yenidən nizamlanır.
Ərdoğanla Putin Sankt-Peterburqda görüşdülər. Bu həm də Türkiyədə
15 iyul dövlət çevrilişindən sonra türk liderin ilk xarici səfəri
olmaqla böyük əhəmiyyətə malik idi.
"Bu yaxınlarda Türkiyənin yaşadığı xoşagəlməz hadisələr
bizim üçün də üzücü təsir bağışlayıb".
Ərdoğanı öz vətənində qarşılayan Putin belə deyib.
Lakin qeyd edib ki, xoşagəlməz hadisələrə baxmayaraq, iki ölkə
arasında baş tutan bu görüş və dialoq hər şeyə rəğmən ölkələr
arasındakı münasibətlərin yenidən normallaşmasını başlatmaq
istəyini ortaya qoyur:
"Bu həm də Türkiyə və Rusiya xalqlarının maraqlarını yenidən təmin
etməyi göstərir. Bundan əvvəlki illərdə iki ölkə arasında əlaqələr
çox yüksək səviyyəyə qalxmışdı. Ancaq bir hərbiçimizin öldüyü məlum
hadisələrə görə Türkiyə-Rusiya münasibətlər çox geri düşdü.
Türkiyədə hökumətə qarşı qiyama cəhd baş verəndə, sizə telefonla
zəng edib, dəstək nümayiş etdirən ilk adamlardan biri mən oldum.
Mən buradan bir daha Türkiyədə konstitusiyaya zidd olan hadisələrə
və addımlara qarşı olduğumu bəyan edirəm. İnanıram ki, sizin
liderliyinizlə Türkiyə xalqı da bu problemlərin öhdəsindən uğurla
gələcək və ölkənizdə sabitlik və ali hüququn tələbləri yenidən
təmin olunacaq".
Rusiyalı həmkarına təşəkkür edən Ərdoğan da atılacaq addımların
fərqli proseslərin başlanğıcı olacağına inandığını bildirib.
"Türkiyədə törədilən 15 iyul hadisələrinin səhəri günü sizin
telefonla zəng edərək, mənə dəstək nümayiş etdirməniz, həm bizi,
həm də bütün türk xalqını sevindirib. Bu gün regionun bizdən
gözləntiləri var. İnanıram ki, qurulan əlaqələrimiz bölgədə mövcud
olan problemlərin həllinə də yardım edəcək", - deyə o bildirib.
Görüşdə bağlı qapılar arxasında müzakirələr aparılıb. Təkbətək
görüş başa çatandan sonra geniş tərkibdə görüş baş tutub.
Ərdoğanın Rusiya səfəri Qərb tərəfindən diqqətlə izalənilirdi.
"Rusiyanın Türkiyə üçün NATO-nu əvəz edəcəyinə inanmıram. Türkiyə
NATO-nun vacib müttəfiqi və üzvü olan dövlətdir. Hesab edirəm ki,
bu, belə də qalmalıdır".
Almaniyanın xarici işlər naziri Frank-Valter Staynmayerin
bu sözləri Qərbin narahatlığını açıq şəkildə göstərir.
Putinin çantasında Qərbi çökdürəcək layihə
Türkiyədə 15 iyul çevriliş cəhdinin arxasında dayandığı ehtimal
olunan Qərbi ən çox bu layihə qorxuya salıb.
Türkiyə mediası yazır ki, Putin Ərdoğanla görüşə "Avrasiyaya
inteqrasiya" layihəsi ilə gəlib.
"Suriya məsələsi iki ölkə münasibətlərinə qarışdırılmadı. 24 noyabr
2015-ci ilə qədər davam edən bu münasibətlər FETÖ-NATO adlandıra
biləcəyimiz əməliyyat nəticəsində vurulan Rusiya təyyarəsi ilə
Ankara-Moskva münasibətləri pozuldu. Ciddi gərginliklər yaşandı.
Nəhayət aylar sonra Ərdoğanın Kremlə göndərdiyi məktubla
münasibətlər normallaşmağa başladı. Nəticədə Türkiyədə dövlət
çevrilişi cəhdi yaşandı. Çevriliş cəhdindən bir həftə öncə NATO-nun
Varşava sammitində Rusiyaya qarşı sərt siyasət yürüdülməsi ilə
bağlı qərarlar verildi. Bu aydındır ki, NATO Türkiyənin Rusiya ilə
yaxınlaşmasını istəmir. Lakin Türkiyə-Rusiya münasibətlərinin
qaldığı yerdən davam etməsi NATO-nun oyunlarını pozdu. Türkiyə
Avropa Birliyi ilə müzakirələrə son qoyacaqmı, NATO-dan ayrılıb
Rusiya ilə yoluna davam edəcəkmi? Bu suallar Qərbi narahat edir.
Çünki Ərdoğanın Rusiya səfəri tək tərəfli addım deyil. Bu, əvvəldən
planlaşdırılıb. Bu, həm də Rusiyanın həmləsidir. Amma o da məlumdur
ki, Türkiyə Qərbə arxa çevirməyəcək. Sadəcə olaraq, Rusiya ilə
ikitərəfli və regional münasibətlərin səviyyəsini yüksəldərək, ABŞ
və NATO-ya, həmçinin, PKK və FETÖ terroruna dəstək verən Avropa
Birliyinə mesaj verəcək. Təyyarə böhranı baş verməsəydi, Bakıdakı
zirvə görüşünə Ərdoğan da qatılacaqdı. İndi bu böhran geridə qalıb.
Rusiya mediası da Rusiya-İran-Azərbaycan əməkdaşlığına Türkiyənin
də qatıla biləcəyini, beləliklə dörd ölkə prezidentinin zirvə
sammiti olacağını yazıb. "Dördlüyün" önündə hansı planların ola
biləcəyini də proqnozlaşdırılır.
1. Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya
İqtisadi İttifaqının fəaliyyəti güclənəcək.
2. Rusiya bu layihəyə ümumi olaraq "Avrasiyaya inteqrasiya" deyir. Türkiyənin bu iki təşkilatla təması artırılacaq.
3. Asiyasi və Avropa qitələri arasında yerləşən Türkiyə bu layihədə vazkeçilməz ölkədir.
4. 15 iyul çevriliş cəhdindən sonra Türkiyə və Rusiya ittifaq qura bilər. Putinin "Avrasiyaya inteqrasiya" adlandırdığı bu əməkdaşlıq formatında Türkiyəyə böyük ehtiyac var. Qərbin narahatlığı da buradan qaynaqlanır".
Hesab etmək olar ki, Ərdoğan-Putin görüşü regionun siyasətini
yenidən dizayn edəcək. Bölgədə yeni birliklərin yaranması
gözəntiləri də var.
"Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatı
yaradılacaq".
Bu barədə Ərdoğan Putinlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
O, görüşdə bu məsələnin müzakirə olunduğunu bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə Azərbaycan və Rusiya ilə üçtərəfli formatın yaradılması mexanizminə müsbət baxır.
Belə bir formatın yaranması avtomatik olaraq Ermənistanı da
Qarabağın işğalına son qoymağa məcbur edə bilər. Nəzərə alsaq ki,
sabah-avqustun 10-da Putin Sarkisyanı Moskvaya çağırıb, ehtimal
etmək olar ki, bağlı qapılar arxasında ciddi proseslər gedir.
"Serj Sarkisyan və Vladimir Putin Moskvada əraziləri İlham
Əliyevə qaytaracaq".
Bu barədə "armenianreport" saytı yazıb.
Sayt qeyd edir ki, avqustun 10-da Sarkisyanın Moskvaya səfəri haqda
rəsmi məlumatlarda Rusiya və Ermənistan arasında ikitərəfli
münasibətlərin müzakirə ediləcəyi deyilir: "Lakin bu yaxınlarda
Putinlə Sarkisyan Sankt-Peterburqda görüşmüşdü. Onlar arasında
intensiv danışıqların olması kədərli düşüncələrə yol açır. Kremlin
mətbuat xidməti bildirdi ki, Sarkisyan və Putin aktual olan
regional problemləri də müzakirə edəcək. Təbii ki, bu, Dağlıq
Qarabağ münaqişəsidir. Digər tərəfdən, Sarkisyan Putin görüşünün
Bakıda İlham Əliyev-Putin görüşündən dərhal sonra olacağını da
nəzərə alsaq, bu, Ermənistan üçün yaxşı heç nə vəd etmir. Mümkündür
ki, Putin Sarkisyanın önünə Qarabağla bağlı əvvəldən hazırlanmış
şərtləri qoysun".
Sayt yazır ki, indiyə qədər çoxsaylı mənbələr bu şərtlərin Qarabağ
ətrafında rayonların qaytarılmasını nəzərdə tutduğunu açıqlayıb:
"Kreml artıq çoxdandır Bakıya göstərir ki, erməni hakimiyyətinə
tamamilə nəzarət edir. Bu baxımdan, Moskva görüşündə Putinin
Sarkisyanı güzəştlərə məcbur edəcəyini gözləmək lazımdır. Burada
2013-cü ilin 3 sentyabrında Sarkisyanın Moskvaya səfəri yada düşür.
O zaman Sarkisyan Moskvada döyülmüş it kimi qayıtmışdı. Daha sonra
Ermənistanın Gömrük Şurasına daxil olması barədə qərarı verildi. Bu
onu deməyə əsas verir ki, Sarkisyan ərazilərin qaytarılması
məsələsində də Rusiyanın tələbləri ilə asanlıqla qarşılaşacaq. Yəni
artıq məlumdur ki, Moskvada Sarkisyan üçün qamçı hazırlanıb".
***
CİA-nın yeni Türkiyə planını erməni icra edir
Regionda bu proseslərin getdiyi bir vaxtda bölgəni qarışdırmaq
planları da qurulur.
15 iyul çevriliş cəhdindən sonra ABŞ Mərkəzi Kəşfiyyat
İdarəsinin (CİA) Türkiyənin şərq və cənub-şərq sərhədlərindəki
casuslarının yeni gizli planı ortaya çıxıb. Bu planı
Suriyada müxaliflərin Türkiyə-Suriya sərhədində tutduqları Əsədin
casusu açıqlayıb.
Məlumata görə, CİA, Suriya xüsusi xidmət orqanı olan "Muhaberat" və
Türkiyə daxilindəki FETÖ 5 aydır Hatay vilayəti və ətrafındakı
miqrant düşərgələrinə hücum hazırlayır. Əsədin casusu bildirib ki,
ilk olaraq Yayladağ sərhəd düşərgəsinə hücum ediləcək. Daha sonra
sərhəddə yerləşən bir çox düşərgələr hədəf seçiləcək. Yayladağ
qəsəbəsində və Güveçci bölgəsində qurulan iki düşərgədə 6 mindən
çox miqrant var.
Bu düşərgələrə hücum planını hazırda Lazkiyədə yaşayan Kesep əsilli
Nişan adlı bir erməni həyata keçirir. Onunla birlikdə Türkiyənin
Samandağı bölgəsindən olan bir şəxsin də hücumun təşkilatçıları
arasında olduğu deyilir.
***
Amerika Çinlə müharibəyə hazırlaşır.
ABŞ-ın strateji araşdırma mərkəzi olan "Rand Corporation" 2025-ci
ilə qədər baş verməsi mümkün olan ABŞ-Çin müharibəsinin ssenarisini
hazırlayıb. Ssenari belə adlandırılır: "Çinlə müharibə: ağlasığmaz
haqda düşünmək".
Ehtimallara görə, qarşıdakı illərdə ABŞ-Çin müharibəsi başlaya
bilər. Buna səbəb Çinin getdikcə güclənməsi və ABŞ-ın super güc
imicinə yaratdığı təhlükədir. Amerika Çini öz hegemonluğu altında
almaq istəyir, Pekin isə israrla öz yoluna davam edir.
Özalın ölümündə Gülən izi
Hazırda ABŞ-da yaşayan FETÖ lideri Fətullah Gülənin isə Türkiyənin
8-ci prezidenti Turqut Özalın sirli ölümündə əlinin olması ehtimal
olunur.
"Atamın öldürülməsində FETÖ ilə bağlı şübhələrim var. Bu
məsələnin araşdırılmasını istəyirəm".
Bu barədə Türkiyənin 8-ci prezidenti Turqut Özalın oğlu Ahmet Özal
deyib.
Onun sözlərinə görə, Özalın məzarı açılandan sonra tibbi ekspertiza
aparan Ədliyyə Tibbi Ekspertizanın rəhbərinin Fətullah Gülənlə
əlaqələri ortaya çıxdı: "Tibbi ekspertiza aparan heyət də təhdid
olunmuşdu".
A.Özal qeyd edib ki, atası rəhmətə gedən gün Mühafizə Alayının iki
həkimi yaxınlıqda olduqlarına baxmayaraq, vaxtında gəlməyiblər:
"Burada bir qarışıqlıq var və araşdırılmalıdır. Əvvəlcə
zəhərləndiyini dedilər, daha sonra susdular".
A.Özal Fətullah Gülənin atasına qarşı ağır ifadələr işlətdiyini
də bildirib.
"Fətullah Gülən 1991-ci ildə "Sızıntı" jurnalında yazdığı bir
yazıda atam haqqında çox ağır ifadələr işlətmişdi. Səbəb atamın
onların dediklərin yerinə yetirməməsi idi. Atam Fətullah Gülənin
təhlükəli adam olduğunu bildirirdi. Deyirdi ki, bunlar təkcə
Türkiyəyə yox, bütün dünya üçün təhlükəlidir. Atamın
zəhərlənməsində FETÖ ilə bağlı şübhələrim var və bu məsələ mütləq
araşdırılmalıdır", - deyə o bildirib.
Ərdoğan Rusiyada qarət olıundu
Günün ən maraqlı siyasi xəbəri isə Ərdoğanın Rusiyada qarət
olunmasıdır.
Söhbət Türkiyə prezidenti Ərdoğanın adaşı, hazırda Moskvada
yaşayan türk biznesmen İlkay Ərdoğandan gedir. Qarətçilər onun
mənzilindən 30 milyon rubl aparıblar.
Asif
-
Magazin221:00
Ağ və qara paltarlarının SİRRİ AÇILDI
-
Sosial20:25
Sabah bu rayonun bəzi əraziləri QAZSIZ QALACAQ
-
Magazin120:20
Tünzalə Ağayeva səhnədə ağladı - VİDEO
-
Sosial20:10
Reabilitasiya mərkəzinin rəhbəri HƏBS EDİLDİ
-
Yaxın Şərq19:50
Bəşər Əsədin alt paltarında FOTOLARINI YAYDILAR
-
ABŞ19:40
Tramp bitkoinçiləri TƏBRİK ETDİ: "Mənim zövqüm"
-
Banklar 18:40
AMB sədrinə yeni təyin olunan müavinlər kimlərdir? - DOSYE
-
Nida Xəbər 18:12
Həbsdə olan polkovnik-leytenantın cəzası 3 il ARTIRILDI