Müharibələrin və Rusiyanın sevdiyi ay - Putin avqustu niyə seçib?
Bizi izləyin

Nida.az

Müharibələrin və Rusiyanın sevdiyi ay - Putin avqustu niyə seçib?

Siyasi müşahidəçilərin çoxu ehtiyat edirlər ki, Rusiya prezidenti Vladimir Putin bu ilin avqustunda kiçik regional müharibəyə başlayacaq. Rusiya Dövlət Dumasına seçkiləri 18 sentyabra keçirib.

Publika.az xəbər verir ki, bunu Atlantik Şurasının böyük elmi işçisi Anders Aslund ABŞ-ın "Atlantic Council" nəşrində yazıb.

"Putin Ukraynaya yeni hücum hazırlayırmı?" başlıqlı yazıda ekspert qeyd edir ki, Putində öz xalqının səfərbərliyi məqsədi ilə "kiçik və qalib müharibə" keçirməsinə meyl var.

"1999-cu ildə ikinci çeçen müharibəsi onun prezident postuna başlamasından əvvəl oldu. 2008-ci ilin avqustunda Rusiya Gürcüstana hücum etdi. 2014-cü ilin fevralında Rusiya Krımı zəbt etdi və bu addım Rusiyada olduqca məşhur idi. Suriyada onun müharibəsi tamamilə müvəffəqiyyətdir. Son iki ildə Rusiya iqtisadiyyatı düşmə vəziyyətindədir. Avqust ayı Moskvanın hərbi hərəkətləri üçün ən yaxşı vaxtdır. Çünki məsuliyyətli qərb siyasətçiləri məzuniyyətdədir. Berlin divarının tikintisi 1961-ci ilin avqustunda başlanmışdı, Çexoslovakiyaya müdaxilə 1968-ci ilin avqustunda oldu və Moskvada çevriliş 1991-ci ilin avqustunda oldu", - o, qeyd edib.

Eskpertin fikrincə, 2008-ci il Rusiya-Gürcüstan müharibəsi ilə paralellər sadəcə valehedicidir: "Bu münaqişə Pekin Olimpiya Oyunları ilə birlikdə başlandı. Birləşmiş Ştatların prezidenti bu zaman artıq prezident seçkiləri kampaniyasının fonunda "axsaq ördək" idi. Rusiya həmin vaxt Şimali Qafqazda "Qafqaz" adlı genişmiqyaslı təlimlər keçirdi. Avqustda müharibə daxili səbəblər üzrə tamamilə ehtimal ediləndir. Amma müharibə harada olacaq? Keçən həftə aydın oldu ki, Ukrayna hədəf olacaq. Həftənin sonunda Donbas və Krıma istiqamətində ağır artilleriya və yüzlərlə tankın iştirakı ilə Rusiya qoşunlarının genişmiqyaslı yerdəyişmələri haqqında xəbərlər daxil oldu. Bu hərəkətlər "Qafqaz 2016" adlı böyük Rusiya hərbi təlimlərinin bir hissəsi oldu. Avqustun 6-da Rusiya marionetkası və "Luqansk Xalq Respublikası"nın lideri İqor Plotniski Luqanskda maşınının partladılması nəticəsində ağır yara aldı. Ukrayna kəşfiyyatı sui-qəsdin təşkilində daxili gücləri ittiham etdi, halbuki Rusiya məsuliyyəti Ukrayna xüsusi xidmət orqanlarının üzərinə qoydu. 6-7 avqust tarixlərində Rusiya qoşunları Krımın şimal hissəsinə cəmləndi. Yollarda blokpostlar quruldu və regionu Ukraynanın qalan hissəsi ilə bağlayan üç nəzarət buraxılış məntəqəsi bağlandı. Ukrayna diversiya hərəkətlərində ittiham olundu. Ukrayna prezidenti Pyotr Poroşenko öz qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirdi".

Anders Aslund hesab edir ki, ən qorxuducu məsələ prezident Vladimir Putinin bəyanatı idi: "O, bildirdi ki, Ukrayna terroru seçdi və Kiyev Moskva ilə münaqişəni provokasiya etməyə çalışır. Putin həmçinin əlavə etdi ki, "bu çox həyəcanlı informasiyadır. Həqiqətən, bizim xüsusi xidmət orqanlarımız Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat-diversiya qrupunun Krım ərazisinə keçməsinin qarşısını aldı. Və, əlbəttə, bu şəraitdə "Normandiya formatı"nda görüşmək mənasızdır". Rusiya prezidenti qeyd edib ki, vətəndaşlar və infrastrukturun təhlükəsizliyinin təmin edilməsi üçün bütün ölçülər qəbul ediləcək. Poroşenkonun sözlərinə görə, Putin Ukraynanı hədələmək üçün terror aktlarını uydurub. Ukrayna lideri vurğulayıb ki, məhz Rusiya Ukraynada terrorizmi bolluca maliyyələşdirir. Göründüyü kimi, Putin yeri və vaxtı seçib. Kreml mümkündür ki, Kerç boğazı vasitəsilə körpünü tikmək üçün edilən uğursuz cəhdindən sonra Mariupol vasitəsilə çoxdan müzakirə edilən quru dəhlizi Krımı tutmaq niyyətindədir".

Qeyd edək ki, son vaxtlar Donbasda genişmiqyaslı hərbi əməliyyatların başlanacağı barədə bir-birinin ardınca proqnozlar səsləndirilir. Hərbi ekspertlər hərbi əməliyyatlar üçün ən münasib dövrün avqust və payız ayları olduğunu bildirirlər. Təsadüfi deyil ki, Donbasda ən güclü döyüşlər 2014-cü ilin bu dövrünə təsadüf edib.

Ötən həftə Ukrayna mətbuatının gündəmini zəbt edən iddialar da bu qəbildəndir. İddiaya görə, Ukraynanın Müstəqillik Günü – avqustun 24-də Rusiyanın hibrid ordusu hücuma keçəcək.

Amma "Penta" siyasi tədqiqatlar mərkəzinin direktoru Vladimir Fesenkonun fikrincə, genişmiqyaslı hücum olmayacaq: "Ötən ilin avqustunda da buna bənzər hadisələr olmuşdu. Lakin əks-hücumla cavab verildi. İndi genişmiqyaslı hücumun olacağı inandırıcı deyil. Çünki münaqişə zonasında müəyyən bərabərlik yaranıb. Genişmiqyaslı hücum üçün əhəmiyyətli üstünlüyə malik olmaq lazımdır. Ehtimal ki, ötən il olduğu kimi bu il də lokal qarşıdurma ola bilər".

Hərbi ekspert Svyatoslav Stesenko bildirib ki, Rusiya sadəcə hibrid müharibənin elementlərindən istifadə edir: "Məsələ ondadır ki, Rusiya böyük hücuma hazır deyil. Ola bilsin ki, lokal hücumlar olsun. Rusiyanın əsas məqsədi Ukraynanı çalxalamaqdır".

Onun sözlərinə görə, Rusiya birinci variantın uğursuz olduğunu anlayanda böyük müharibəyə başlaya bilər: "Ukrayna bu hücuma cavab verməyə hazır olacaq. Lakin bunun üçün bizim ordumuz gücləndirilməlidir".

Siyasi ekspert Yevgeni Maqda isə hesab edir ki, bu hücumlar bir neçə amillə bağlı ola bilər.

"Birincisi, Donetskdə hibrid ordusunun arsenalı tədricən bitir. İkincisi, payızın başlanğıcı hərbi texnikanın hərəkəti üçün ən əlverişli vaxtıdır. Üçüncüsü, Olimpiada oyunlarının başlanmasıdır. Hansı ki, 2014-cü ildə biz bunu gördük. Rusiya ya Olimpiada ilə eyni vaxtda, ya da ondan sonra öz gücünü yoxlayır", - deyə ekspert vurğulayıb.

Hərbi-Hüquqi Tədqiqatlar Mərkəzinin rəhbəri Aleksandr Musenko Rusiyanın 2014-cü ildən etibarən sərhəddə hərbi texnika və şəxsi heyət yığdığını bildirib. Onun sözlərinə görə, bu, Ukrayna üçün böyük təhlükə yaradır.

"Bu, Rusiyanın genişmiqyaslı müharibə hazırlığını göstərir. Fikrimcə, təhlükə olduqca ciddidir. Buna görə də Ukrayna ölkənin müdafiə qabiliyyətini gücləndirməlidir", - deyə o bildirib.

Beynəlxalq hüquq mütəxəssisi, konfliktoloq, siyasi elmlər doktoru Qriqori Perepelitsa "Obozrevatel" nəşrinə açıqlamasında deyib ki, Ukraynanın Krımda terror aktları planlaşdırmaqda ittiham olunması təcavüz üçün əsasların hazırlanmasına yönəldilə bilər.

"Mənim fikrimcə, Herson vilayəti ilk hədəfdir. Kreml Krımın ətrafında "təhlükəsizlik zonaları"nın yaradılması adı altında regionun çox hissəsini işğal edə bilər. Təhlükə tamamilə realdır", - Perepelitsa qeyd edib.

Onun sözlərinə görə, əslində anti-Rusiya sanksiyaları prezident Vladimir Putini qorxutmur: "Onun rusiyalılar arasında böyük reytinqi var. Ölkə iqtisadiyyatı sanksiyalar rejiminə tədricən uyğunlaşır. Bundan başqa, uğurlu aqressiv xarici siyasət üçün uyğun dövrdür. Xatırladım ki, hazırda Rio-de-Janeyroda Olimpiya Oyunları keçirilir. Dünya liderlərinin, Qərb ictimaiyyətinin diqqəti oyunlara yönəlib. Gəlin xatırlayaq, Olimpiadalar öncəsi müharibələr tez-tez olur", - Perepelitsa yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm