Nida.az
FETÖ-nün qorxunc Azərbaycan planı – MƏXFİ YAZIŞMALAR
FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənlə bağlı "Wikiliks" yazışmaları ortaya çıxıb.
Publika.az xəbər verir ki, ABŞ Mərkəzi
Kəşfiyyat İdarəsinin (CİA) "kölgəsi" hesab olunan "Stratfor" beyin
mərkəzinin rəsmilərinin "Wikiliks"də yayımlanan yazışmalarında
deyilir.
Reva Bhallanın "Stratfor"a göndərdiyi 22 mart 2010-cu il tarixli
analizdə camaatdan ayrılmış adı açıqlanmayan keçmiş bir müridin
etiraflarına yer verilir. Liseydə camaata qoşulan və camaatın əmri
ilə ABŞ-a gələn keçmiş mürid özünün Türk Silahlı Qüvvələrinə
soxulduğunu etiraf edir. Keçmiş mürid Gülən haqda məlumatlara və
hərbi sirlərə vaqif olduğu üçün camaatın onun üstünə gələ
bilmədiyini, lakin mütəmadi olaraq yoxlanıldığını
açıqlayır.
Mürid Türkiyənin hər şəhərində olan FETÖ-çü polislərin, eyni
zamanda Azərbaycan və Türkmənistandakı fəaliyyətə də nəzarət
etdiyini qeyd edir. Ankaradakı FETÖ-çü iş adamlarının Azərbaycan və
Türkmənistandakı şəbəkənin fəaliyyətini maliyyələşdirdiyi
bildirilir.
2014-cü ildə yayılan bu yazışma FETÖ terror təşkilatının
Azərbaycana da sızdığını göstərir. Hazırda rəsmi şəkildə terror
təşkilatının təmizlənmə prosesi başlayıb. "Azadlıq" qəzetinin
maliyyə direktoru Faiq Əmirli məhz FETÖ təşkilatına bağlı olmaq
ittihamı ilə həbs olunub.
AXCP sədri Əli Kərimlinin FETÖ lideri Fətullah Gülənlə
bağlantılarına dair informasiyalar da yayılıb.
"Azərbaycanda 2003-cü il prezident seçkiləri zamanı
fətullahçılar Əli Kərimlinin daxil olduğu seçki ittifaqına gizli
dəstək veriblər. Məhz 2005-ci ildə Azərbaycanda hazırlanan çevriliş
cəhdinin müəlliflərindən biri FETÖ olmuşdur. Bu məqsədlə də Rəsul
Quliyev-Əli Kərimli-Fərhad Əliyev qruplaşmasına dəstək vermiş,
"narıncı inqilab"ın Qərbdəki ideoloji mərkəzləri ilə çevrilişçilər
arasında vasitəçi rolunu oynamışdır. 2009-cu ildə isə
Türkiyə-Ermənistan sərhədlərinin açılmasına nail ola bilməyən
Fətullah Gülən Azərbaycan ictimai rəyini gələcəkdə buna hazırlamaq
üçün Ə. Kərimlidən maddi-mənəvi yardımını əsirgəməyib", - deyə
yayılan məlumatların birində deyilir.
Bu məlumatları "Wikiliks"in iki il öncə yaydığı yazışmalar
fonunda dəyərləndirərkən, FETÖ-nün Azərbaycana dair planlarının
olduğu aydın şəkildə görünür.
Asif
-
MDB08:00Krasnodarda güclü partlayışların ikinci dalğası başladı
-
İdman06:16Almaxanımın mahnısı trendə düşdü
-
Hadisə06:00Binəqədidə güclü yanğın tam söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Magazin102:42Xalq artisti 19 yaşlı sevgilisindən ayrılıb eks-arvadı ilə barışdı - FOTO
-
Yaxın Şərq00:45Yüksək vəzifəli İsrail rəsmisi öldürüldü - İDDİA
-
Qoroskop00:15Günün ulduz falı - Münasibət daha dərin mərhələyə keçə bilər
-
Art17 Mart 23:40Prezidentin gəlini Buxara karvansarasının açılışında - Foto
-
Dünya17 Mart 23:36Qadına bala it cildində görün nə satdılar - Hürüməyib, burnu isə...





































