Nüvə başlıqlı raketlər sərhədlərimizdə, Qarabağ qaytarılacaq, əvəzində... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Nüvə başlıqlı raketlər sərhədlərimizdə, Qarabağ qaytarılacaq, əvəzində... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Ermənistan silahlı qüvvələrinin Rusiyanın ən yeni "İskəndər-M" operativ-taktik raket komplekslərini alması xəbəri həftəyə damğasını vurdu. Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev erməni həmkarı Serj Sarkisyanı susdurdu. Milli Şuranın növbədi mitinqi fiaskoya uğradı. ABŞ və Rusiya arasında Suriyada atəşkəsin təmin olunması barədə razılaşma imzalandı.

Putindən ŞOK ADDIM: Dünyanı diz çökdürən nüvə başlıqlı raketlər Ermənistanda

Ermənistan silahlı qüvvələri Rusiyanın ən yeni "İskəndər-M" operativ-taktik raket komplekslərini alıb. Bu haqda "Defence-blog" yazıb.

Qeyd edilir ki, bu, Rusiyanın ən yeni raket komplekslərinin ixracının ilk təsdiq edilmiş hadisəsidir. Ermənistana sözügedən silah sistemlərin çatdırıldığı barədə daha əvvəllər də məlumatlar yayılıb, ancaq bu informasiya rəsmən təsdiq edilməyib. (http://publika.az/p/150530).

Terror bu həftə də Türkiyədən əl çəkmədi

Türkiyədə Qurban bayramının ilk günündə - 12 sentyabrda terror aktı törədildi. Van vilayətində Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahı ilə valilik binası arasındakı ərazidə güclü partlayış baş verib.

İçərisində partlayıcı olan və dayanacaqda dayanan mikroavtobus partladılıb. Terror aktı nəticəsində 2-i polis, 46-ı mülki şəxs olmaqla 48 nəfər yaralanıb. PKK terror təşkilatı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Türkiyədə qanlı gecə: 10 şəhid, 5 yaralı: PKK terrorçuları sentyabrın 16-da Ağrı vilayətinin Doğubayazıt ilə Van vilayətinin Çaldıran mahallarının sərhədində yerləşən Tendürek dağında kənd mühafizəçi məntəqələrinə hücum ediblər. Nəticədə 7 kənd mühafizəçisi, 1 çavuş, 1 əsgər və 1 keçmiş kənd mühafizəçisi şəhid olub, 3 əsgər və 2 mülki şəxs yaralanıb.

Türkiyənin qana boyayan baş terrorçu tutuldu: Ötən gecə isə Ankarada təşkil edilən əməliyyatın gedişatında İŞİD-in Türkiyədə törətdiyi terror aktlarının təşkilatçısı tutulub. Tutulan "Azzov" kod adlı Əli əl-Aggal adlı terrorçunun Suriyada ən təhlükəli tayfa hesab edilən Aggal tayfasının üzvü olduğu deyilir.

Bu gün Türkiyənin Hakkari vilayətinin Ağaçdibi kəndi yaxınlığında PKK terrorçuları ilə təhlükəsizlik gücləri arasında silahlı qarşıdurma olub. Qarşıdurmada 3 əsgər şəhid oldu, 3-ü yaralanıb.

Suriyada müharibə başa çatır?

Suriyada 11 sentyabrdan 12 sentyabra keçən gecə yerli vaxtla saat 00:00-da atəşkəs rejimi qüvvəyə mindi. Cenevrədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri arasında əldə edilmiş razılaşmaya uyğun olaraq atəşkəs elan edildi.

Atəşkəs razılaşmasına İŞİD və "Əl-Nüsra" Cəbhəsi daxil deyil.

Sentyabrın 16-da Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə "Fərat Qalxanı" əməliyyatının üçüncü mərhələsi olan Əl-Bab əməliyyatına başlayıb.

Türk döyüş təyyarələri və haubitsaları İŞİD-in mövqelərini bombalayır, Azad Suriya Ordusu isə Çobanbəy qəsəbəsinin cənubunda qurudan irəliləyir. Əməliyyata 200 türk əsgəri ilə 2500 Azad Suriya Ordusunun döyüşçüsü qatılıb.

Öcalandan son mesaj: "Qanlar, gözyaşları..."

15 iyul dövlət çevrilişi cəhdindən sonra gündəmdən yoxa çıxan PKK terror təşkilatının rəhbəri Abdulla Öcalanın İmralı adasındakı həbsxanadan yeni mesajı yayıldı.

Mesajı həbsxanada Öcalanla görüşən qardaşı Mehmet Öcalan açıqladı. "Qardaşım dedi ki, bizim planlarımız var, əvvəlki prosesi biz bitirmədik. Altı ay ərzində problemi həll edərik. Bu kor bir savaşdır, artıq qanlar, gözyaşları dayansın", - deyə o, bildirib.

Yeni baş nazirin Sarkisyanın qarşısında qoyduğu GİZLİ ŞƏRTLƏR

Ermənistanın yeni təyin olunan baş naziri Karen Karapetyan prezident Serj Sarkisyana artıq diktə etməyə başlayıb.

Ermənistanın "Aykakan Jamanak" qəzeti hakimiyyət daxilindəki mənbəyə istinadən bildirib ki, yaxın vaxtlarda dövlət gəlirləri komitəsinin rəhbəri Ovanes Ovsepyan vəzifəsindən uzaqlaşdırıla bilər. Mənbə deyib ki, Karen Karapetyan baş nazir postuna gəlməmişdən əvvəl şəxsi kadrlarını yerləşdirməklə bağlı Sarkisyanın qarşısına şərt qoyub və onun razılığını alıb: "Digər tərəfdən, Sarkisyan da özünün qurtulmaq istədiyi məmurları yeni baş nazirin əli ilə uzaqlaşdırmaq niyyətindədir".

Qeyd edək ki, Ermənistanın keçmiş baş naziri Ovik Abramyan ötən həftə vəzifəsindən uzaqlaşdırılıb. Onun əvəzinə isə "Qazprom"da işləyən, Rusiyanı adamı kimi tanınan Karen Karapetyan gətirilib.

Rusiyadan Ermənistana ÖLDÜRÜCÜ ZƏRBƏ: Ərazilər qaytarılır, Sarkisyan isə...

Ermənistan hakimiyyətinin növbəti 10 illik dövrü tədricən sona yaxınlaşır. Serj Sarkisyan və komandası hakimiyyəti ağrısız şəkildə təhvil verməyə hazırlaşır. Bu barədə "Lragir" saytı yazıb. Sayt "Qazprom"da çalışmış, Kremlə yaxın şəxs olan Karen Karapetyanın baş nazir postuna gətirilməsini bununla izah edir.

Ehtimallara görə, Kreml Karapetyanı hakimiyyəti təhvil almağa göndərib. Serj Sarkisyanın da buna etiraz etmədiyi deyilir. Çünki Ermənistanda sosial vəziyyət yaxşı deyil və iqtisadi çöküşdən xilas yolu görünmür. Sarkisyan məsuliyyətdən qaçmaq üçün hakimiyyəti təhvil verə bilər (http://publika.az/p/150423).

Erməni politoloq: "Qarabağı qaytaracağıq, əvəzində..." – rəsmi Bakı qalib gəldi

"1994-cü ildə Bişkek protokolundan sonra ərazilərin verilməsi məsələsi aktual olub. Əvvəlcə ərazilərin qaytarılması əvəzinə Qarabağa statusun verilməsi nəzərdə tutulurdu. İndi isə ərazilər qaytarılır, əvəzində sadəcə müharibəyə son qoyulur".

Bu barədə "Modus Vivend" mərkəzinin rəhbəri, politoloq Ara Papyan deyib. Onun sözlərinə görə, son danışıqlarda ərazilərin qaytarılması əvəzinə aralıq statusun verilməsi gündəmə gəlib. Politoloq qeyd edib ki, Serj Sarkisyanı əraziləri qaytarmağa məcbur edirlər: "2008-ci ildə o, hakimiyyətə gələndə əla bilirdi ki, onu bu gözləyir".

"Bu, təzə xəbər deyil, hansı ki, 1994-cü ildə biz buna razı olduq, Madrid prinsipləri ilə inkişaf etdirdik, indi də əkdiyimizi biçirik. Sülh naminə güzəştlərin sülhə gətirib çıxaracağı çətin görünür, bu, dəhşətli müharibəyə səbəb ola bilər. Bizim seçimimiz pis və çox pisin arasındadır. Pis seçim indiki vəziyyətdir. Ərazilərin qaytarılması bizim vəziyyətimizi pisləşdirəcək. Hazırda danışıqlar prosesi davam edir və bizim alternativlərimiz yoxdur", - deyə o bildirib.

"Moskva və Vaşinqton arasında Qarabağ münaqişəsi üzrə qarşıdurmanın yeni mərhələsinin başlandığı görünür". Bu barədə isə Ermənistanın "Yerkir" qəzeti yazıb (http://publika.az/p/150324).

Avropada hər gün müsəlmanların sayı artacaq və Avropa tanınmaz hala düşəcək. Bunu sentyabrın 13-də jurnalistlərə açıqlamasında Macarıstan Baş naziri Viktor Orban söyləyib. Onun sözlərinə görə, Brüsselin siyasəti Avropa mədəniyyətinin fəlakətinə səbəb olacaq.

"Yavaş-yavaş öz keçmişimizi itirəcəyik. Avropa tezliklə tanınmaz hala düşəcək. Onlar 440 milyonluq Avropada bir neçə milyon müsəlman qaçqının heç bir problem yaratmayacağını düşünürlər. Bu yanlışdır. Proses öz-özünə düzəlməyəcək".

Lüksemburq Xarici İşlər naziri Jan Asselborn isə "Die Velt" qəzetinə müsahibəsində söyləyib ki, Macarıstanın siyasəti Avropa Birliyinin normaları ilə uyğunlaşmır. Onun sözlərinə görə, məhz bu cür ölkəni Avropa Birliyindən uzaqlaşdırmaq lazımdır.

Almaniya kansleri Angela Merkel isə Avropa Birliyinin kritik vəziyyətdə olduğunu bildirib. Onun sözlərinə görə, Avropa dəyişmək bacarığının olduğunu praktikada sübut etməyi bacarmalıdır.

Rusiya bu tarixdə dağılacaq, sonra... – ŞOK PROQNOZ

Rusiya 2017-ci ildə vahid dövlət kimi mövcudluğunu dayandıracaq. Bu proqnozla Ukraynanın millətçi "Azadlıq" Partiyasının lideri Oleq Tyaqnibok Kiyevin Podolsk rayon məhkəməsinin yanında keçirilən mitinqdə çıxış edib.

"Biz hesab edirik ki, 2017-ci il Kreml üçün son olacaq. Bunu yalnız biz demirik, həm də bir çox politoloq və analitik vəziyyəti düzgün qiymətləndirirlər. Rusiya bir neçə milli dövlətə parçalanacaq və Ukrayna bu prosesi stimullaşdırmağa məcburdur", - Tyaqnibok bildirib.

O, əlavə edib ki, Rusiyanın dağılacağı halda Kiyev itirilmiş əraziləri özünə dərhal qaytaracaq. "Biz həmçinin Sovet İttifaqının dağılmasından sonra Ukraynanın almadığı payı tələb edəcəyik. Məsələn, qızıl-valyuta ehtiyatları, almaz fondu, xarici nümayəndəliklər", - Ukrayna millətçilərinin lideri vurğulayıb.

Sentyabrın 14-də ABŞ-ın İsrailə 10 il ərzində 38 milyard dollarlıq hərbi yardımı nəzərdə tutan müqavilə iki ölkənin rəsmiləri tərəfindən imzalanıb.ABŞ tərəfindən dövlət katibinin müşaviri Tomas Şannon, İsrail tərəfindən isə Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Yakob Nagel müqaviləyə imza atıb. ABŞ prezidenti anlaşma imzalandıqdan sonra verdiyi açıqlamada ölkəsinin 2019-2028-ci illərdə İsrailə 33 milyard hərbi yardım və 5 milyard dollarlıq raketdən müdafiə sistemi verəcəyini bildirib.

"Zanbaq inqilabı"nın səbəbi açıqlandı: "ABŞ-a rədd cavabı verdim"

"Uzaqmənzilli radiolokasiya aşkarlayıcı təyyarələri olan AWACS-ların "Manas" bazasında yerləşdirilməsinə icazə verilməməsi 2005-ci ildə baş verən "Zanbaq inqilabı"nın əsas səbəbi idi".

Bunu Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev "RİA-Novosti" agentliyinə müsahibəsində deyib. "Mənə 2004-cü ildə AWACS-ların "Manas" aeroportunda yerləşdirilməsi təklifi ilə Dövlət Departamentindən müraciət etdilər. Dövlət katibinin xüsusi köməkçisi bununla bağlı danışmağa gəlirdi. AWACS "Boinq"dir, radiolokasiya stansiyasıdır. O, Qırğızıstanın üzərində qalxır və üç min kilometr radiusu müşahidə edirdi", - Akayev bildirib (http://publika.az/p/150304).

Əsgər Akayev həmçinin deyib ki. Amerika Qırğızıstandakı "Manas" hərbi bazasından Əfqanıstandan heroinin ixrac üçün istifadə edə bilərdi: "Bu, tamamilə ehtimal olunandır" (http://publika.az/p/150263).

Nazarbayevin iqamətgahına girəcəklər - Vəhhabilərin ŞOK PLANI

Qazaxıstan parlamentinin komitə iclasında ekstremizm və terrorizmlə bağlı qanun layihəsi hazırlanıb. Qanun layihəsində sələfizmin (vəhhabilik) qadağası nəzərdə tutulmayıb.

Ekspertlər isə əmindirlər ki, sələfilərin dövlət orqanlarda güclü lobbisi mövcuddur (http://publika.az/p/150285).

"Ukrayna nüvə dövləti olmalıdır" – ŞOK ÇAĞIRIŞ

Ukrayna Ali Radasının deputatı İqor Mosiyçuk "Qordon.ua" nəşrinə müsahibəsində Kiyevi nüvə potensialının bərpa etməyə çağırıb.

"Ukrayna Donbasın xüsusi statusunun tanınması əvəzinə, İsrailin yolu ilə gedə bilər. Bu, nüvə potensialını bərpa etməkdir", - o, söyləyib.

Krım tatarlarının lideri Mustafa Cəmilov isə bildirib ki, Rusiya Krımda altı nüvə başlığı yerləşdirib. Onun sözlərinə görə, Rusiya ordusu həmçinin sovet dövründə nüvə anbarı kimi istifadə etdiyi Qızıltaşdakı obyektləri də yenidən bərpa edib.

Kiyev "Krım əvəzinə Donbas" variantını rədd etdi

"Krımın məsələsi Kiyev üçün ticarətin predmeti deyil və Donbasda vəziyyətin nizama salınmasına əvəz olaraq yarımadanın verilməsi variantı qəbuledilməzdir".

Bunu Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevdə keçirilən "Dünya, Avropa və Ukrayna: dəyişikliklərin fırtınaları" konfransında deyib. "Biz heç vaxt Donbas münaqişəsində yaxşı qərar üçün Krımla ticarət etməyəcəyik. Krım Ukraynanın ərazisidir", - Poroşenko bildirib.

Avropa Birliyi Ukraynanın ərazi bütövlüyünün pozulmasına görə məsuliyyət daşıyan fiziki və hüquqi şəxslərə qarşı sanksiyanın müddətini daha yarım il uzadıb. Rusiya və Ukraynanın 146 vətəndaşı, həmçinin 37 şirkətinə qarşı tətbiq edilən sanksiyalar 15 mart 2017-ci il tarixinə kimi qüvvədə olacaq.

"Putini təmizləmək, dünyanı 500 dövlətə parçalamaq..." – ŞOK SSENARİ

"15 iyul gecəsində birbaşa hədəf Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ikinci hədəf isə Rusiya prezidenti Vladimir Putin idi".

Bu sözləri Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbuldan olan millət vəkili Mətin Külünk "Sputnik" agentliyinin Türkiyə xidmətinə müsahibəsində deyib.

"Türkiyə ilə Rusiyanı zərərsizləşdirmək istəyirdilər. İki ölkə də bunun fərqindədir və buna görə davranırlar", - millət vəkili söyləyib (http://publika.az/p/150386).

Putinin namizədi, yoxsa… – Özbəkistan prezidenti kim olacaq?

Özbəkistanda dekabrın 4-də keçiriləcək seçkilərdə iştirak edəcək iki namizədin adı məlum olub.

"Milli Dirçəliş" Demokrat Partiyası Özbəkistan parlamentinin vitse-spikeri Sərvər Otamuradovun namizədliyini irəli sürüb. Özbəkistan Liberal-Demokrat Partiyası (UzLiDeP) isə hazırda prezidentlin səlahiyyətlərini icra edən Şövkət Mirziyoyevin (Rusiyaya yaxın şəxs hesab edilir –red.) namizədliyini irəli sürüb.

MDB Dövlət Başçıları Şurasının zirvə toplantısı keçirilib.

Sentyabrın 16-da Qırğızıstanın paytaxtı Bişkekdəki "Ala-Arça" dövlət iqamətgahında MDB Dövlət Başçıları Şurasının zirvə toplantısı keçirilib.

Toplantıda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Moldova və Tacikistan prezidentləri, Moldovanın baş naziri, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, Özbəkistan xarici işlər naziri və Ukraynanın Qırğız Respublikasındakı səfiri iştirak edib.

Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev erməni həmkarı Serj Sarkisyanı susdurub (http://publika.az/p/150546).

"5-ci kolon" mitinqə cəmi 800 adam çıxara bildi

Bu gün Milli Şura keçmiş "Məhsul" stadionunda mitinq keçirib.Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aksiyada Milli Şuranın 800-dək üzvü və təəssübkeşi iştirak edib. Aksiya zamanı heç bir insident baş verməyib (http://publika.az/p/150561).

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm