Bu seçki dairəsində seçicilərin 63 faizi səs verdi
Bizi izləyin

Nida.az

Bu seçki dairəsində seçicilərin 63 faizi səs verdi

Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar bu gün Azərbaycanda keçirilən ümumxalq səsverməsi (referendum) ilə bağlı Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində yerli vaxt ilə saat 16:00-dək seçicilərin 63 faizi artıq səs verib.

Bu barədə Publika.az-a Azərbaycanın Qırğız Respublikasındakı səfirliyindən məlumat verilib.

Məlumata görə, səfirlikdə 16 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 33 saylı referendum məntəqəsində vətəndaşlarımızın sərbəst şəkildə səs vermələri üçün hər cür imkanlar təşkil olunub.

Bişkekdə yaşayan və işləyən, səsvermə hüququ və konsulluq qeydiyyatında olan vətəndaşlarımızın siyahıları tutulub. Hətta Bişkekdə ezamiyyətdə olan vətəndaşlarımız da səfirliyə gəlib səs verirlər.

Səfirlikdə keçirilən ümumxalq səsverməsində Qırğız Respublikasının Seçkilər və Referendumların Keçirilməsi üzrə Mərkəzi Seçki Komissiyasının nümayəndəsi, beynəlxalq müşahidəçilər və Qırğızstanın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm