Nida.az
Vasili Nebenzi: "Krımla Qarabağ bir deyil"
Rusiya Xarici İşlər Nazirliyi (XİN) hesab edir ki, Krımdakı hadisələrlə Dnestryanı və Dağlıq Qarabağdakı vəziyyətlər arasında paralellər aparmaq düzgün deyil.
Trend-in məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzi "İnterfaks" agentliyinə müsahibəsində deyib: "Mən Krımdakı hadisələrlə Dnestryanı və Dağlıq Qarabağdakı vəziyyətlər arasında birbaşa paralellər aparmazdım".
O, bunu "Krım hadisələrindən sonra Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin nizamlanmasında hansısa yeni inkişafı gözləməyə dəyərmi?" sualına cavab verərkən deyib.
Nazir müavininin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nziamlanması ilə ATƏT-in Minsk qrupu məşğul olur, orada azərbaycanlılarla ermənilər arasında birbaşa dialoq yaratmağa çalışan Rusiya, Fransa və ABŞ-dan olan həmsədrlər var.
O, qeyd edib ki, Minsk qrupu çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşüblər, eləcə də, bu yaxınlarda iki ölkənin liderlərinin görüşü baş tutub.
V.Nebenzi əlavə edib ki, Dnestyanı münaqişənin nizamlanmasının "5+2" formatı mövcuddur və bu istiqamətdə işlər davam edir.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri