Nida.az
İstanbuldakı baş konsulumuz: “Nurçularla bağlı yeni siyahı hazırlamamışıq” - Özəl
Bu barədə Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov Publika.Az-a eksklüziv açıqlamasında Azərbaycandakı nurçularla bağlı yeni siyahıların olduğuna dair xəbərlərə münasibət bildirərkən deyib.
Baş konsul bildirib ki, bu işlə aidiyyəti orqanlar məşğul olur: “Orda nə baş verdiyini deyə bilmərəm, amma bizim işimi konsulluq məsələləridir. Bu xəbərlər həqiqəti əks etdirmir”.
H. Zeynalov qeyd edib ki, onlar hər-hansı məlumatları lazımi
ünvanlara çatdırır.
“Yazışmalarımız, sorğularımız da mətbuat üçün deyil. Hazırda
nurçularla bağlı hansısa siyahı yoxdur. Yalnız bunu deyə
bilərəm”-deyə baş konsul bildirib.
Qeyd edək ki, Azərbaycanda nurçuların dövlət strukturlarına
sızması xəbəri yayılan zaman onların adlarının olduğu siyahının
Türkiyədən baş konsulluq tərəfindən rəsmi Bakıya göndərildiyi
xəbəri yayılmışdı. SAM direktoru Fərhad Məmmədov da Həsən
Zeynalovun adının çəkmişdi.
H. Zeynalov o zaman bildirmişdi ki, bu məsələlər olub.
“Amma mən nəyi lazım bilirəmsə, onu da yazıb bildirirəm. Burda
nə olursa, xüsusilə bizi narahat edən məsələlər strukturlarımız
vasitəsilə lazımi orqanlara çatdırılır. Bu məsələlər də olub.
Ümumiyyətlə, tək bu, deyil, digər bütün məsələlər bizim
diqqətimizdədir və hər biri üzrə fikirlərimizi bildiririk. Bizim
yazdığımız bütün fikirlər də müzakirə edilir, rəylər bildirilir.
Amma mən heç nəyi mətbuatda həll etmirəm və bu məsələlərin mətbuata
çıxarılmasının əleyhinəyəm”-deyə o qeyd etmişdi (http://publika.az/p/9056).
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR