Nida.az
Kremlin ideoloqu: “Moskva Bakıya qarşı talış və ləzgi amilindən yararlana bilər” - Şok
Kremlin ideoloqu hesab olunana Avrasiya hərəkatının rəhbəri Aleksandr Duqin Azərbaycanla bağlı sensasiyalı açıqlama verib.
Publika.Az rus mediasına istinadən xəbər verir ki, Duqin Azərbaycanı Ukraynanı dəstəklədiyi üçün hədələyib və Moskvanın Bakıya qarşı istifadə edə biləcəyi amilləri ortaya qoyub: “Azərbaycanda talış və ləzgi amili mövcuddur. Bundan başqa, Azərbaycanın ciddiliyini təsəvvür etmədiyi Rusiyanın yararlanacağı başqa amillər də var. Rusiyada dost, dialoq, yaxud düşmən dilində danışmaq üçün çox dil var. Unutmamalıdırlar ki, Rusiya təkcə Dağlıq Qarabağ amilindən deyil, başqa amillərdən də istifadə edə bilər”.
A. Duqin qeyd edib ki, bu gün Rusiya Ermənistan və Azərbaycanın
ərazi bütövlüyünə zamindir, həmçinin Qarabağa görə də əsas zamin
hesab olunur: “Əgər Rusiya bu funksiyadan imtina etsə Ermənistanın
və Qarabağın ərazi bütövlüyünə zəmanət verilməyəcək. Rusiya
mütənasib dövlətdir və təbii ki, Rusiya ilə qonşu ölkələrin ərazi
bütövlüyü onların Moskva ilə mehriban münasibətlərin
saxlanılmasından keçir”.
Kremlin ideoloqu iddia edib ki, bu gün ermənilər Rusiya ilə
razılaşıb, deməli, Qarabağ da Rusiyanındır.
Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsindən qəzəblənənə Duqin Bakının Rusiyaya qarşı çıxdığını bildirib.
“Amma Saakaşvili və Kiyev hakimiyyətinin aqibəti bizə göstərir
ki, belə siyasətin sonu nə ilə qurtarır. Əgər Rusiya Azərbaycana
qarşı çıxacaqsa- hansı ki, Rusiyaya bədxah münasibət sərgiləyirlər,
bunu BMT-də gördük- əlində Dağlıq Qarabağ amilindən savayı istifadə
edəcəyi başqa amillər də var. Azərbaycandan fərqli olaraq
Ermənistan özünü sadiq dost kimi göstərdi. Biz bunu
qiymətləndiririk. Azərbaycan isə bizi gözləmədən satdı, bunu da
qiymətləndirirk. Biz susacağıqmı, xeyr. Onlar özünü məhv etmə yolu
ilə gedirlər”-deyə Kremlin ideoloqu bildirib.
Asif
-
Hadisə13:07Mingəçevirdə körpəsini zirzəmiyə atan ana saxlanıldı
-
Hadisə11:34Biləsuvarda ölən 5 nəfərin adı məlum oldu - YENİLƏNİB
-
Səhiyyə11:24Alimlər siqaretlə bağlı məşhur mifi puç etdilər
-
Tarix10:11Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkarlandı - VİDEO
-
MDB10:00Avtovağzalda dəhşət: Bıçaqla insanlara hücum etdi
-
Digər09:30Daşqın və sürüşmə 900 can aldı
-
İdman08:36Messi karyerasında 48-ci kubokunu qazandı
-
ABŞ08:12Pentaqondan NÜVƏ XƏBƏRDARLIĞI - “Trampın rəhbərliyi altında...”


































.jpg)



