Nida.az
Azvision.az 4 yaşında
Gün ərzində oxucularına sosial, siyasi, iqtisadi xəbərlər, müxtəlif səpkili müsahibə və reportajlar təqdim edən azvision.az saytının bu gün 4 yaşı tamam olur.
Sayt oxucularına Azərbaycan, rus, ingilis, fransız, ispan və erməni dillərində xəbərlər təqdim edir. Femida.az xəbər portalı, Kirpi.info karikatura saytı da Azvision.az ailəsinə aiddir.
Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov Publika.az-a açıqlamasında 4 il əvvəl qarşıya qoyduqları əsas məqsədlərinə çatdıqlarını deyib: "Əsas məqsəd Azərbaycanın xəbər məkanında öz yerini tutmaq idi. Bunu da bacarmışıq. Qalanı təfərrüatdır".
V.Məmmədov hesab edir ki, bu gün saytların əksəriyyəti cansız konveyerlərdir, azvision.az isə daha canlı xəbərləri ilə onlardan fəqlənir: "Maraqlı olan insanlar və fikirlərdir. Robotlarlaşmış konveyerdən çıxan mal maraqlı deyil, sənətkar əlindən çıxan maraqlıdır. Sizin dediyiniz gündən-günə artan saytlar cansız konveyerlərdir. Ruhları yoxdur. Printerdən çıxmış rəsm əsəri kimi bir şeydirlər. Əsl, canlı, ruhu olan saytı ancaq sambalı redaksiya qura və işlədə bilər. Digərlərindən fərqlənmək üçün "nələr etmisiniz" sualı məni həmişə divara dirəyir. Heç sevmədiyim suallardan biridir. Belə yanaşma var ki, heç nə eləməmişik. Belə yanaşanlar da var ki, can qoyumuşuq. Heç nə asan olmayıb. Ümumiyyətlə, Azərbaycanda jurnalistika ən çətin peşələrdəndir".
Gülxar
-
Pul09:24
Azərbaycan manatının nominal effektiv MƏZƏNNƏSİ ARTDI
-
Dünya08:24
Çin Tayvana görə ABŞ-dan belə QİSAS ALDI
-
Magazin207:30
Yeni ildə eşqini elan etdi
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO