Nida.az
“Elşad İsgəndərovu neçə ildir tanıyıram, o nurçu deyil” - ÖZƏL
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) keçmiş sədr müavini Elçin Əsgərov Publika.Az-a açıqlamasında DQİDK sədrinin nurçuluğa bağlı olduğuna dair yayılan xəbərlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu xəbərlər yalan və böhtan xarakterlidir.
E. Əsgərov qeyd edib ki, ölkənin dini siyasətini icra edən bir
qurumun başına heç vaxt bir nurçu gətirilməz.
“Ümumiyyətlə dövlət komitələrinin sədrləri, müavinləri siyasi
postlardır.
Onlar ölkə prezidentinin sərəncamı əsasında təyin olunurlar. Belə adamlar buna qədər Prezident Asministrasiyası, Milli Təhlükəsizlik Nazirliyi və digər strukturlarda yoxlamadan keçir, bu qurumların təqdimatından sonra təyin olunur. Əgər belə bir şey olsaydı buna qədər ortaya çıxardı və heç vaxt belə adam bu vəzifəyə təyin olunmazdı. Bu baxımdan da, yayılan xəbərlər tamamilə yalandır”-deyə komitənin keçmiş sədr müavini bildirib.
Qeyd edək ki, mediada Elşad İsgəndərovun nurçu olduğu və Türkiyə
baş naziri Rəcəp Tayyip Ərdoğanın nurçularla bağlı məxfi
siyahısında adının ikinci sırada yazıldığı barədə xəbərlər
yayılıb.
Asif
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
-
Rəsmi xronika15:15
Prezident bu qanuna dəyişiklik etdi
-
Hadisə15:00
Kəlbəcərdə dəhşətli hadisə: ölən var
-
Pul14:40
Bu qərar mayın 2-dən qüvvəyə minir: Kredit faizləri azalacaq?
-
ABŞ14:05
ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...
-
Cənubi Qafqaz13:01
Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər - VİDEO
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident