Nida.az
Deputat oğlunun vəzifəyə keçməsindən danışdı: "Mane ola bilməzdim”
“Mənim oğlum universiteti qurtarıb nazirliyə vəzifəyə getməyib ki. O, təhsil sahəsində çalışan adam idi və belə bir vəzifəyə təyin edilməsi normaldır”.
Bu barədə Azərbaycan “Odlar Yurdu” Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev Publika.Az-a açıqlamasında oğlu Samir Vəliyevin təhsil nazirinin müşaviri təyin edilməsinə münasibət bildirərkən deyib.
Ə. Vəliyev qeyd edib ki, o cavanların işinə qarışmır: “Hər kəsin öz yolu var, mən xüsusən cavanların işinə qarışmıram. O, müəyyən yaş dövrü keçmiş şəxsdir. Ona mane ola bilməzdim, deyə bilməzdim ki, getmə. Hər-halda belə məsləhət görüblərsə, o da bu addımım təhsilimizə kömək etmək məqsədilə edib”.
Qeyd edək ki, S. Vəliyev bundan əvvəl “Odlar Yurdu”
universitetinin prorektoru vəzifəsində çalışırdı. Təhsil naziri
Mikayıl Cabbarovun sərəncamı ilə müşavir təyin edilib.
Asif
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq