Nida.az
Leyla Yunusun gizli qaçışında ABŞ və Fransa müəmması - ilginc detallar
Vətənə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirovun işi bir çox qaranlıqlara işıq tutdu. Əslində Mirqədirovun təcridxanadan “Ermənilərlə görüşdə tək mən iştirak etməmişəm, Leyla Yunusla Arif Yunus da orda olub” deməsi diqqət çəkən idi.
Vətənə xəyanət ittihamı olduqca böyük və ciddi idi, hansı ki, söhbət illərdir Azərbaycana düşmən ölkə ilə-Ermənistanla əməkdaşlıqdan gedir. İndiyə qədər bu əməkdaşlığın gizli və açıq formada nümunələri yaşanıb. Təbii ki, “xalq diplomatiyası” adı altında xüsusilə Qərb ölkələrinin maliyyələşdirdiyi layihələrdə məqsəd sifarişçilərin bölgədəki geopolitik mənzərəni dəyişmək, icraçılarınsa qrant əldə etmək istəkləri deyilmiş. Ortada həm də informasiya mübadiləsi, hərbi dilə desək düşmən tərəfinə xəbər ötürmək halları da olub. Mirqədirovun işi bu ehtimalları artırır, halbuki hələ indidən heç nə demək mümkün olmasa da.
“Xalq diplomatiyası”nın qırılma nöqtəsi və ya Yunusgilin
gizli qaçışı
Bu gün- 29 apreldə bəlkə də “xalq diplomatiyası” siyasətinin
qırılma nöqtəsi oldu. Səhər saatlarında Leyla Yunus saxlanıldı.
Media səbəblər axtarışında ikən, müxalif düşərgə bunu iqtidarın
sifarişi adlandırdı. Amma siyasətçilərin şahmat taxtasında
fiqurları hərəkətə keçirməsindən öncə real olaraq “situasiya necə
olub?” sualı cavabını tapmalı idi. Günün ikinci yarısında bu suala
da müəyyən aydınlıq gəldi.
Hər şey dünəndən başlayır. Aprelin 28-i Baş prokurorluq Mirqədirov işində adı hallanan Leyla Yunusu ifadə vermək üçün prokurorluğa dəvət edir. Çağırılan şəxs razılaşır və deyilən vaxt gələcəyini deyir. Prokurorluq ona deyilən müddət ərzində ölkəni tərk etməmək tapşırığını da verir. Hadisələrin belə davam etsəydi Leyla Yunus bu gün prokurorluqda Mirqədirov işində şahid qismində ifadə verəcəkdi. Amma o, dünən gecə ölkəni tərk etmək qərarına gəlir və Hava Limanına qədər hər şey planlaşdırıldığı kimi davam edir. Burda isə planlar pozulur. Leyla Yunusun ölkəni tərk etmək niyyəti baş tutmur.
Leyla Yunus lap öncədən Mirqədirov işində ittiham olunanı müdafiə edirdi və “Əgər belədirsə orda mən olmalıyam” açıqlamasını vermişdi. Yəni o, özünü bu işdə günahkar hesab etmirdi. Əslində hüquq-mühafizə orqanlarının da ona qarşı hansısa ittihamı yox idi. Sadəcə ifadəsi alınacaq və evə buraxılacaqdı. Situasiyanın “pik” nöqtəsi buradır: “Leyla Yunus ölkəni gizli şəkildə niyə tərk etmək istəyib?”.
Deməli, Mirqədirov işində əsas qaranlıq simalardan biri məhz odur. Ən azından Mirqədirovun əlaqəyə keçdiyi ermənilər ondan öncə L. Yunusla əlaqələri olub. Bunu özü də etiraf edir. L. Yunusun fəaliyyəti də buna aydınlıq gətirir.
Leyla Yunus kimdir: Hüquq müdafiəçisi,
yoxsa...?
O, Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisidir.
Lakin bu günə qədər adı ermənilərlə əməkdaşlıq kimi qalmaqallı
hadisələrdə hallanıb. Buna bir nümunə kimi ortaq yaradılan saytı
göstərmək olar. Belə ki, ötən il Ermənistandakı “Region” araşdırma
mərkəzi və Azərbaycandakı Sülh və Demokratiya İnstitutu tərəfindən
“İctimai dialoqlar” (www.publicdialogues.info)
sayı yaradıldı. Saytın ilk təqdimatı da İrəvanda keçirildi. İlk
olaraq “İrs” partiyasının sədri Raffi Ovannisyanla müsahibənin
yayımlandığı saytda Azərbaycanın işğal altındakı ərazilərini
“Dağlıq Qarabağ Respublikası” kimi təqdim edildi.
Ermənilərlə sıx əməkdaşlığın nümunəsi olan bu hadisə xanım hüquq
müdafiəçisinin işlərindən biridir. Təsadüfi deyil ki, hüquq
müdafiəçisi olmasına baxmayaraq bir dəfə də olsun bu xanım nə
mitinqlərdə saxlanılanların, nə də digər müxalifətçilərin
hüquqlarının belə müdafiə etməyib. Halbuki özü iqtidara müxalif
mövqedədir və onu müdafiə edənlər də müxalifətdəki siyasətçilərdir.
Buna rəğmən həmişə Leyla Yunusun adı ilə paralel ermənilərlə
işbirliyindən danışılır. (Nə qədər dəqiqləşdirilmiş informasiya
olsa da, onun ermənilərlə qohumluq əlaqələrinin olduğu da deyilir.
Ortada belə bir ittihamın olması da diqqət çəkəndir).
Geriyə bilet olmayan uçuş, 5 illik viza və ya “bu gün
Dohaya uçuş varmı?”-davam edən müəmmalar
Leyla Yunusun ölkəni tərk etmək istəyi, xüsusilə ifadə verməli
olduğu halda buna gizli şəkildə cəhd etməsi də təsadüfi ola
bilməzdi. Ona ölkəni tərk etmək istədiyi gün hüquq-mühafizə
orqanları ifadə verəcəyi ilə bağlı müraciət ediblər. Buna razılaşsa
da, həmin gün axşam Brüsseldə beynəlxalq tədbirdə iştirak məqsədilə
hava limanına gəlir. Yanında həyat yoldaşı Arif Yunusun da olması
geriyə biletlərinin olmadığı qənaətini yaradır. Plan əvvəldən
hazırlanıbmış. Belə ki, onları hava limanına qədər ABŞ və Fransanın
Azərbaycandakı səfirliklərinin nümayəndələri, həmçinin Mehman
Əliyev (“inqilab ixracatçısı” kimi ad çıxaran SOROS Fondunun
Azərbaycan nümayəndəliyinin keçmiş rəhbəri) müşaiyət edib. Məlumata
görə, bu ölkələrin səfirlikləri onlara birtərəfli bilet təşkil
etməyi və maneəsiz getmələrini təmin edəcəklərinə söz veriblər.
Diqqət çəkməmək üçün əvvəlcə Dohaya, oradan Parisə uçacaqlarmış. Bu
proseslər qısa müddətdə hazırlandığı da məlumdur. Çünki prokurorluq
Leyla Yunusu ifadə verməyə çağırdığı vaxtdan bir qədər keçmiş bu
uçuş təşkil olunur və ər-arvada 5 illik Fransada vizasız yaşamaq
hüququ verilir. Hər şey belə olacaqdı, polisin xəbər tutması və
müdaxiləsinə qədər.
Vaşinqton və Paris rəsmi Bakıya izahat verəcəkmi?
Ortada beynəlxalq diplomatik qalmaqala səbəb olacaq hadisə var.
“Diplomatik xidmət haqqında” 1961-ci il Vyana Konvensiyasına görə
xarici ölkələrin diplomatik korpusları ölkələrin daxili işlərinə
müdaxiləsi yolverilməzdir. Belə bir hal baş versə beynəlxalq hüquqa
görə, diplomatik korpusun ölkəni tərk etməsi tələb oluna bilər.
Məhz bu hadisəyə görə adıçəkilən ölkələr rəsmi Bakıya izahat
verməlidir və buna beynəlxalq hüquqa görə borcludurlar.
Burda əsas nüans isə Leyla Yunusgilə niyə bu iki ölkənin dəstək
verməsidir. İki əsas ehtimal üzərində dayansaq, hava limanında puç
olan planların hazırlanması səbəblərinə aydınlıq gətirmək
mümkündür.
Gizli qaçışda ABŞ və Fransa müəmması
Bu iki ölkə erməni lobbisinin əsas iqamətgahıdır. Sirr deyil ki,
Azərbaycana, ümumilikdə türk dünyasına Vaşinqton və Parisdən gələn
əsas təzyiqlər də məhz bu lobbinin mətbəxində hazırlanır. Bu
baxımdan, Leyla Yunusun qaçışında ABŞ və Fransa amili bu səbəbdən
qaynaqlanır.
Lakin iki beynəlxalq gücün bir şəxs üçün regionda əsas fiqur
olan Azərbaycanı qarşılarına alması da sual doğurur. Deməli bu
qaçış Qərbin öz maraqlarından da irəli gəlir. Belə ki, rəsmi
Bakının bölgədə müstəqil siyasətinə qarşı ortaya atılan əsas təzyiq
rıçaqlarından biri “siyasi məhbus” məsələdir. Bu təzyiqdə baş rol
alan Avropa Şurasının məruzəçisi Ştrasserin Azərbaycanda əsas admı
isə Leyla Yunusdur. Məhz bu halqa qaçışda ABŞ və Fransa müəmmasını
aydınlaşdırır. Görünür, Qərb rəsmi Bakıya təzyiqlərin fonunda belə
bir riskə gedib.
Asif Nərimanlı
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı