Nida.az
Elçin Şıxlı: “ Mirqədirova görə İsmayıl Şıxlının çap olunmayan əsərlərini aparıblar”
Baş Prokurorluq Rauf Mirqədirovun işi ilə bağlı onun əməkdaşlıq etdiyi “Ayna-Zerkalo” qəzetlərinin redaksiyasında axtarış aparıb.
Qəzetin baş redaktoru Elçin Şıxlı Publika.Az-a açıqlamasında deyib ki, bu axtarış Mirqədirovun həbsindən bir gün sonra aparılıb: “İki saata qədər axtarış olub. Mənim kompüterimin prosessorunu götürüblər. Həmin vaxt mən xəstə yatırdım, axtarış mənsiz aparılıb. Amma söz veriblər ki, qaytarsınlar. Mənim orda 20 illik arxivim var. Həmçinin işin də arxivi, İsmayıl Şıxlının da arxivləri, mənim özümə aid elektron ünvanlar, əlaqələr də ordadır. İsmayıl Şıxlının latın əlifbası ilə çap olunmamın hekayələri, əsərləri prosessorun içindədir”.
E. Şıxlı qeyd edib ki, əgər qaytarmasalar o tələb edəcək.
“Mənim hər-hansı əşyamın müsadirə edilməsi üçün məni nədəsə
ittiham etməlidirlər. Lakin deyirlər ki, bu iş üçün lazımdır. Mən
Rauf Mirqədirovun işinin araşdırılıb həqiqətin üzə çıxarılması üçün
hər şeyi etməyə hazıram. Onun günahsızlığı mənim üçün sual
doğurmur. Əgər Rauf vətən xainidirsə, onda əhalinin hamısı vətən
xainidir. Onun qədər Azərbaycanı istəyən, Dağlıq Qarabağla bağlı
mövqeyini savadlı müdafiə edən ikinci jurnalist tanımıram. Onun
günahsızlığının sübut olunması üçün əməkdaşlıq da etməyə hazıram,
əlimdən gələn hər şeyi də”-deyə baş redaktor bildirib.
Asif
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri