Nida.az
Bu ölkələrlə əməkdaşlıq və iqtisadiyyat üzrə I Forum keçiriləcək
Mayın 1-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının xarici işlər nazirinin iqtisadiyyat və mədəniyyət işləri üzrə müavini Yusif bin Tarrad əs-Sədan ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata
görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Səudiyyə
Ərəbistanı arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə
əməkdaşlığın uğurla davam etdiyini, əlaqələrimizin genişlənməsində
qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamış, ölkələrimiz arasında
iqtisadi əlaqələrin inkişafında Müştərək Komissiyanın səmərəli
fəaliyyətini qeyd etmişdir.
Görüşdə bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsi nəticəsində ölkəmizdə möhkəm siyasi və makroiqtisadi
sabitlik təmin edilmiş, Azərbaycan regionun siyasi, iqtisadi və
mədəni mərkəzinə çevrilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi barədə danışan Şahin Mustafayev Səudiyyə
Ərəbistanın ölkəmizin hüquq normalarına əsaslanan ədalətli
mövqeyini daim dəstəklədiyini vurğulamışdır.
Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün
geniş imkanların olduğu, keçirilən görüşlərin və biznes forumların
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi-ticarət
əlaqələrinin inkişafına töhfə verəcəyi qeyd edilmişdir.
Səudiyyə Ərəbistanı Krallığının xarici işlər nazirinin iqtisadiyyat
və mədəniyyət işləri üzrə müavini Yusif bin Tarrad əs-Sədan
Azərbaycana ilk dəfə gəldiyini və ölkəmizdə gördüyü dinamik
sosial-iqtisadi inkişafdan məmnunluğunu ifadə etmişdir. Ölkəsinin
Azərbaycanla əməkdaşlığa önəm verdiyini bildirən qonaq əlaqələrin
daha da inkişafı üçün geniş imkanların olduğunu vurğulamışdır.
Yusif bin Tarrad əs-Sədan may ayında Ər-Riyadda Ərəb ölkələri ilə
Orta Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlıq və
iqtisadiyyat üzrə I Forumun keçiriləcəyini qeyd etmiş, tədbirin bu
ölkələr arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətli
olacağını vurğulamışdır.
-
Cənubi Qafqaz13:01
Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir
-
Rəsmi xronika12:05
İlham Əliyev qəbul keçirdi
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO