Nida.az
Bu şəxslər Milli Şuradan istefa verəcək - SİYAHI
2014-cü il qədəm qoyan kimi Milli Şuradan istefalar oldu. Buna
qədər seçki öncəsi və seçkidən sonra müəyyən istefalar, qurumdan
kənarlaşdırılanlar olmuşdu. Lakin Müsavat Partiyasının ayrılmaq
qərarı Milli Şuradakı fərdlərin də bu yolu tutmasına təkan verdi.
Müsavatın ardınca sabiq daxili işlər naziri İsgəndər Həmidov, “El”
hərəkatının sədr müavinləri Zəfər Quliyev, Köçəri Nağıbəyli,
hərəkatın üzvü Rahim Bağırov istefa yolunu tutdu.
Ümumi istefaları nəzərə alsaq 136 nəfərlik üzvlə yola başlayan
Milli Şura hazırda 92 nəfərdən ibarətdir.
Publika.Az –n əldə etdiyi məlumata görə, Milli
Şurada istefalar yenə davam edəcək. Konkret kimlərin istefa
verəcəyi haqqında da məlumatlar var. Belə ki, istefa verəcək
şəxslərin sırasında ilk yerdə “El” sədrinin müavini Mehdibəy
Səfərovdur. O, Hacıbaba Əzimovun Milli Şuranın Koordinasiya
Şurasına-ümumiyyətlə rəhbərliyinə seçilməsinə qarşı çıxır. Lakin
onun tələbi qəbul olunmadı, yanvarın 16-da keçirilən sessiyada H.
Əzimov KŞ-nın üzvü seçildi. M. Səfərov sessiyada da belə olacağı
təqdirdə gedə biləcəyini açıqlamışdı. Daha sonra bizimlə söhbətində
də bunu qəti şəkildə bəyan etdi.
Adının çəkilməsini istəməyən Milli Şura üzvü məlumat verib ki, M. Səfərovun getməsi artıq dəqiqləşib: “O istefasını elan etmək üçün növbəti sessiyanı gözləyir. Bu məsləhəti ona yaxın dostu Eldəniz Quliyev verib. Çünki indi getsə hər kəs H. Əzimovla mübahisədə haqsız olduğunu düşünəcək. Amma onun getməsi ilə E. Quliyevin də gedəcəyi ehtimalı yüksəlir. Ümumiyyətlə isə “El” üzvləri Milli Şurada könülsüz qalıblar, onlara bircə bəhanə lazımdır ki, qurumu tərk etsinlər. Bundan başqa Rafiq Manaflı ilə Mehman Əliyevin də istefası gözlənilir. Onlar növbəti sessiyada istefa verməsələr belə ayrılmağa meyillidirlər”.
Qurum üzvü qeyd edib ki, bu iki şəxs-Rafiq Manaflı ilə Mehman Əliyev əvvəldən Milli Şuranın güclənməsinin, birliyin qorunmasının tərəfdarı kimi çıxış edirlər. Amma son qarşıdurmalar, xüsusən agent məsələsi böyük narazılığa səbəb olub.
“Eldar Namazovla Sülhəddin Əkbər də getmək istəyənlərin sırasındadır. Eldar Namazov “El”i, Sülhəddin Əkbər də yeni partiyasını gücləndirmək istədiklərini deyirlər. Ona görə də KŞ-ya üzv olmaqdan imtina etdilər”-deyə qurumun üzvü bildirib. Onun sözlərinə görə, AXCP sədrinin müavini Razi Nurullayev də səhhətindəki problemlərə görə Milli Şuradan gedəcək. O, son vaxtlar ümumiyyətlə qurumda iştirak etməyib. Artıq getmək istədiyi ilə bağlı rəhbərliyə müraciət edib. Mənbə bildirib ki, R. Nurullayev seçki vaxtı aktivləşmişdi, indi isə əvvəlki işinə, QHT sektoruna qayıtmaq istəyir.
“Növbəti sessiyada 8-ə yaxın üzvün üzvlük məsələsinə baxılacağı
gözlənilir. Onların konkret kim olduğu yalnız rəhbərliyə məlumdur,
amma güman ki, davamiyyət məsələsinə görə qurumdan
uzaqlaşdırılacaqlar”-deyə Milli Şura üzvü bildirib.
Asif Nərimanlı
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR