Qarabağda İsrail-Rusiya SAVAŞI: bütün yollar ZƏFƏRƏ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Qarabağda İsrail-Rusiya SAVAŞI: bütün yollar ZƏFƏRƏ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

İsrailin baş naziri Benyamin Netanyahu və Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Bakıya səfərləri xüsusi diqqət çəkdi.

Həftə ərzində İsrailin baş naziri Benyamin Netanyahu və Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Bakıya səfərləri xüsusi diqqət çəkdi. Səfərlər İrəvanda narahatlıqla qarşılandı. Türkiyədə çoxsaylı insanın ölümü ilə nəticələn iki terror aktı törədildi. Suriyada proseslər sürətlə Dəməşq və onun müttəfiqlərinin lehinə dəyişir. Bəşər Əsəd üsyançıların əsas qalası olan Hələb üzərində nəzarəti tam bərpa etdi. Palmira şəhərinin yenidən İŞİD-in əlinə keçməsi də bu qələbənin üzərinə kölgə sala bilmədi.

Ötən həftə Azərbaycanın işğal altındakı ərazilərinə baş çəkən Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinə dair heç bir danışıqlar aparılmadığını, üstəlik bu məsələ ilə bağlı sonuncu dəfə avqustun 10-da ciddi söhbət olduğunu bəyan etdi. O, bildirdi ki, ordu və əhali çətin dövrə hazır olmalıdır.

Erməni analitik Musa Mikaleyan Sarkisyanın müharibə mesajını sərt tənqid edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qarabağın qaytarılması üçün ŞƏRTLƏR DƏYİŞDİ: YENİ RUSİYA PLANI

Ermənistanın “armenianreport” saytının iddiasına görə, Kreml Azərbaycanı Avrasiya İqtisadi İttifaqına daxil etmək istəyir. “Bakı bununla bağlı müzakirələr aparmağa qarşı çıxmır, lakin ən azından Qarabağ ətrafındakı rayonların qaytarılmasını şərt olaraq irəli sürür. Bunun üçün Rusiya Sarkisyana təzyiq edir”, - deyə sayt yazıb.

Rusiya Duması Ermənistanla vahid raketdən müdafiə sistemlərinin yaradılması barədə qanun layihəsini təsdiq edib.

Rusiya və Ermənistan arasında vahid raketdən müdafiə sisteminin yaradılması haqqında müqavilə 2015-ci ilin dekabrında Moskvada imzalanıb. Müqaviləyə əsasən, vahid sistemin koordinasiyasını Rusiya Cənub Hərbi Dairəsi həyata keçirəcək. Vahid sistemə daxil olacaq qüvvələrin təmin edilməsi üçün maliyyəni həm Rusiya, həm də Ermənistan müstəqil şəkildə ayıracaq. Müqavilə 5 il müddətinə imzalanıb və o daha 5 il avtomatik uzadıla bilər.

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu dekabrın 13-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Netanyahu İsraillə Azərbaycan arasında mükəmməl münasibətlər və uzunmüddətli dostluq mövcud olduğunu bildirib.

Azərbaycanla İsrail arasında 4 sənəd imzalanıb. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu mətbuata bəyanatlarla çıxış ediblər. Netanyahunun fikrincə, iki ölkə arasında sıx əlaqələr təkcə silah ticarəti anlamına gəlməməlidir, bu, həmçinin qarşılıqlı hörmət deməkdir. İsrailin hökumət başçısı həmçinin iki ölkələri arasında enerji sektoru, kənd təsərrüfatı, təhsil və informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişlənməsini vurğulayıb.

Ekspertlər Benyamin Netanyahunun Azərbaycana səfəri, səfərdən gözləntiləri və iki ölkə arasındakı mövcud münasibətləri şərh ediblər. Onların sözlərinə görə, Netanyahunun səfərində "Dəmir günbəz" Raket Hücumundan Müdafiə Sisteminin alınmasına dair danışıqlar olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Proqnozlar özünü doğrultdu. Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov bu gün bildirib ki, Müdafiə Nazirliyi ilə İsrailin müvafiq qurumu arasında "Dəmir günbəz" Raket Hücumundan Müdafiə Sisteminin alınmasına dair razılaşma əldə olunub. Nazir Müdafiə Sənayesi Nazirliyinin həmin sistemin alınmasına müsbət rəy verdiyini də qeyd edib. "Dəmir günbəz" Raket Hücumundan Müdafiə taktiki sistemi uçuş məsafəsi 4 km-dən 70 km-dək olan, idarə edilməyən taktiki raketlərdən müdafiə üçün nəzərdə tutulur. Sistem İsrailin "Rafael" şirkəti tərəfindən yaradılıb.

Azərbaycanla İsrail Qarabağı qaytarmağa hazırlaşır – ERMƏNİ SSENARİSİ

Erməni jurnalist Tavos Artakyan isə hesab edir ki, Azərbaycan İsraildən aldığı silahlarla Qarabağı qaytarmağa hazırlaşır. Tavos Artakyan Sarkisyanı sərt tənqid edərək yazıb ki, azərbaycanlılarla yəhudilər Qarabağı qaytarmaq üçün hərəkətə keçib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə iki ölkə münasibətləri müzakirə olunub.

Rusiya KİV-i Dmitri Roqozinin Bakıya gəlişindən əvvəl yazmışdı ki, onun əsas işi “İsgəndər” raketlərinin Ermənistana satışı məsələsində Bakının narahatlığını aradan qaldırmaqdır. Rusiyalı qonaq deyəsən buna nail olub. Dmitri Roqozin Rusiya-Azərbaycan iqtisadi-ticarət məsələləri üzrə hökumətlərarası komissiyasının iclasında deyib ki, Azərbaycanla bəzi mübahisəli məsələlər həll edilib.

Azərbaycan düşməni sarsıdacaq qırıcılar alır – İRƏVANA ZƏRBƏ

Roqozinin səfərinin İsrailin baş naziri Benyamin Netanyahunun Bakı səfərindən dərhal sonraya düşməsi baxımından da diqqət çəkdi. Xüsusilə Azərbaycanın Rusiya ilə yanaşı, İsraildən də silah alması fonunda bu təsadüf maraqlıdır. Rusiyalı ekspertlər Dmitri Roqozinin Bakı səfərini şərh edib.

Strategiyaların Analizi Mərkəzinin direktor müavini Konstantin Makienko qeyd edir ki, Rusiya Azərbaycana hərbi əməkdaşlıqda yeni təkliflər də vermək niyyətindədir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyədə terror aktları

İstanbulda dekabrın 10-da terror aktı törədildi. Terror hücumu nəticəsində 44 nəfər həlak olub, 155-i yaralanıb. Türkiyənin “Yeni Şafak” nəşri yazıb ki, Türkiyəni ABŞ və Qərbin dəstəyini alan terror təşkilatları ilə vurmağa çalışırlar. Avropa ölkələri PKK, FETÖ və DHKP/C kimi terror təşkilatlarını qoruyur, terrorçulara sığınacaq verir. Terror aktına görə məsuliyyəti PKK terror təşkilatının bir qanadı sayılan TAK öz üzərinə götürüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu gün isə Türkiyənin Kayseri Erciyes Universitetinin qarşısında terror aktı törədilib. Hadisə nəticəsində 13 hərbçi ölüb, 48-i yaralanıb.

"Türkiyəni yox etmək istəyirlər" - Ərdoğan səfərbərlik ELAN ETDİ

Türkiyəyə qarşı beynəlxalq hücumlar artmaqdadır. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan milli səfərbərlik elan edib. Terror hücumlarında danışan Ərdoğan hazırki dövrün İstiqlal savaşı qədər önəmli olduğunu bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriya cəbhəsi

Suriyada isə vəziyyət getdikcə çıxılmaz hala gəlir. İŞİD terror qruplaşması Suriyanın Palmira şəhərini tutaraq qərb istiqamətində irəliləməyə başlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Avropanın şərqində silahlanma yarışına daxil olan NATO və Rusiya Aralıq dənizində güc nümayişinə başlayıb. NATO Kipr adasının ətrafına döyüş gəmiləri göndərib.

Kipr sahillərində NATO hərbi gəmilərini müşayiət edən sualtı gəmilər bir təyyarədaşıyan gəmini batıracaq gücə sahibdir. Daha əvvəl isə Rusiya Dəməşq rejiminə dəstək üçün yeganə təyyarədaşıyan gəmisi olan “Admiral Kuznetsov” və digər hərbi gəmilərini Aralıq dənizinin şərqindəki Tartus limanına göndərib. Moskvanın bu addımı NATO ölkələri tərəfindən tənqidlə qarşılanıb.

Dekabrın 15-də Suriyanın Hələb şəhərinin şərqində müxalifət döyüşçülərinin təxliyyəsi başlanıb və dünən başa çatıb.

Hələbdən sonrakı Suriya: böyük güclərin yeni SAVAŞI BAŞLAYIR

Təxliyədən sonra Suriyada nələr baş verəcəyi maraqlıdır. “Haber7”-nin siyasi yazarı Taha Dağlı Suriyada gözlənilən hadisələri qələmə alıb. O, həmçinin bildirib ki, Türkiyənin Suriyada ilk iki vacib hədəfi var. Biri “Fərat qalxanı” əməliyyatıdır. Bununla sərhəd təhlükəsizliyini təmin etmək istəyir. İkincisi, Suriyadakı mülki əhalinin təhlükəsizliyinin qorunmasıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bir neçə gün əvvəl qədim Palmiranı İŞİD-in hücumundan müdafiə edə bilməyən Dəməşq şəhəri yenidən ələ keçirmək niyyətindədir. Bəşər Əsəd bunun üçün Livanın “Hizbullah” təşkilatından istifadə edəcək. “Hizbullah” Palmiranın İŞİD-dən azad edilməsi üçün Suriyaya böyük sayda hərbi qüvvə göndərib.

Bu barədə informasiyanı “Əl Məsdər” portalı özünün etibarlı mənbələrinə istinadən yayıb. “Hizbullah” döyüşçüləri T-4 aviabazasına toplaşıblar. Qeyd edək ki, Livan Hizbullahı Suriya hakimiyyətinin əsas müttəfiqlərindən biri sayılır. Bu təşkilat Avropa, ABŞ və İsraildə terror təşkilatı kimi tanınır. Livanda böyük dayağa sahib olan Hizbullah əsas dəstəyini İrandan alır.

ABŞ-ın yeni prezidenti Donald Tramp Suriyada təhlükəsiz bölgələr yaradılacağını açıqlayıb. Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə ABŞ və NATO-ya çağırış edərək, Suriyada təhlükəsiz bölgə yaradılmasını təklif etmişdi.

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın söyləyib ki, Türkiyənin təklif etdiyi təhlükəsiz bölgə yaradılsaydı, Hələb indiki vəziyyətə düşməyəcəkdi. “ABŞ Suriya siyasətində ard-arda böyük yanlışlara yol verdi. Bu gün Suriyada baş verənlərə görə onlar məsuliyyət daşıyırlar” – o bildirib.

Türkiyə Baş Qərargahı Sarıqamış və Çanaqqalada tarix yazan məşhur 57-ci Alayın davamı olan 57-ci Taborunu Əl Baba göndərməyə hazırlaşır. Hazırda bölgəyə Dənizli, Sarıqamış və Kayseridən xüsus təyinatlı qüvvələr göndərilib.

Sarıqamışdan göndərilən 57-ci Komanda Taborunun Əl Bab əməliyyatlarının son mərhələsində iştirak edəcəyi gözlənilir. Birliklər cənubda, Tadif və Aran qəsəbələrində möhkəmlənən İŞİD terrorçularına qarşı əməliyyat keçirəcək.

Tramp Putinin dostunu niyə seçdi? – İKİ VERSİYA

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp isə yeni dövlət katibi postuna Putinin dostunu seçib. Tramp ABŞ-ın iri neft şirkəti "Exxonmobil"in rəhbəri Reks Tillersonu ölkənin dövlət katibi postuna seçdiyini deyib.

Reks Tillersonun 64 yaşı var. O, Texas Universitetini bitirib. Əvvəlcə “Exxonmobil” şirkətində sadə mühəndis olaraq işə başlayıb. 1990-cı illərin sonlarında şirkətin Rusiyadakı layihələrinə rəhbərlik edib. 2006-cı ildən şirkətin baş direktoru vəzifəsinə seçilib. 2011-ci ildə o, “Rosneft”lə Arktikada qazıntı aparmaq haqqında razılaşma imzalayıb. 2014-cü ildə Rusiyaya tətbiq olunan sanksiyalara etiraz edənlərdən biridir və sanksiyaların tətbiqindən sonra da Tillersonun korporasiyası Rusiyanın “Rosneft” şirkəti ilə əməkdaşlığı davam etdirib. O, 2012-ci il sentyabrın 20-də Rusiya prezident Vladimir Putin tərəfindən dostluq ordeni ilə mükafatlandırılıb.

Göründüyü kimi, ABŞ-ın yeni dövlət katibi ilə bağlı iki məqam aydın şəkildə özünü göstərir. Birincisi, Reks Tillersonun heç bir siyasi təcrübəsi yoxdur və Trampın özü kimi biznesmendir. İkinci məqam isə onun ABŞ-ın ən böyük rəqibi olan Rusiya rəhbərliyi ilə yaxşı münasibətlərdə olmasıdır. Bu baxımdan, ABŞ kimi dünyaya liderlik etmək arzusunda olan bir ölkənin xarici siyasətinin Tillersona həvalə edilməsi təccüb doğurmaya bilməz.

Donald Trampın qərarını şərh edən politoloq Qabil Hüseynli təyinatla bağlı iki versiyanı səsləndirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Obamaya daha bir ZƏRBƏ: sanksiyalar qüvvəyə mindi

Ağ Evdə son günlərini keçərən ABŞ prezidenti Barak Obamaya daha bir zərbə vurulub. O, İrana qarşı sanksiyaların daha on il uzadılması haqqında qanun layihəsini imzalamaqdan imtina etsə də qanun layihəsi qüvvəyə minib. Buna isə ölkənin Konstitusiyası imkan verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Putin hücumlara şəxsən cəlb edilmişdi – KƏŞFİYYAT

ABŞ kəşfiyyatındakı yüksək vəzifəli iki mənbə isə Rusiya prezidenti Vladimir Putinin ABŞ-da seçkiqabağı kampaniya zamanı haker hücumlarına şəxsən cəlb olunduğunu iddia edib. “Amerika xüsusi xidmət orqanlarının nümayəndələri indi əminliklə hesab edirlər ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-da prezident seçkilərinə müdaxilə üzrə gizli Rusiya kampaniyasına şəxsən cəlb edilmişdi. Bu informasiya diplomatik mənbələr, casuslar və ABŞ-ın müttəfiqlərindən alınıb”, - mənbələr ABŞ-ın "NBC News" telekanalına bildirib.

ABŞ-da yeni “11 sentyabr” – DƏHŞƏTLİ PROQNOZ

Amerika rejissoru Maykl Mur isə ölkəsi ilə bağlı dəhşətli bir proqnoz səsləndirib. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və ABŞ-ın keçmiş prezidenti kiçik Corc Buşun milli təhlükəsizlik məsələlərinə yanaşmalarını müqayisə edən rejissor Trampın prezidentliyi illərində Corc Buşun dövründə olduğu kimi böyük terror aktının (2011-ci il 11 sentyabr –red.) baş verə biləcəyini bildirib.

O, proqnozunda haqlı olduğunu əsaslandırmağa çalışıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

2017-ci il üçün xoşagəlməz proqnoz isə “ABŞ-ın beynəlxalq münasibətləri üzrə Şurası” ictimai təşkilatın məruzəsində səsləndirilib. Məruzədə deyilir ki, NATO və Rusiya arasındakı münaqişə 2017-ci ilin potensial təhdidlərindən biridir. Mümkün təhlükələrin siyahısında Şimali Koreya böhranı və Suriyada vətəndaş müharibəsinin kəskinləşməsi göstərilir. Həmçinin bildirilir ki, 2017-ci ildə təhdidlərindən biri Amerika infrastrukturuna dağıdıcı kiberhücumudur.

Qızğın silahlanma yarışı bağlayır – QORXUNC XƏBƏRDARLIQ

Şimali Atlantika İttifaqının (NATO) hərbi xərclərini artırması qızğın silahlanmaya gətirib çıxaracaq. Belə xəbərdarlıqla Moskva Dövlət Universitetinin dünya siyasəti fakultəsinin dosenti Aleksey Fenenko çıxış edib.

Daha əvvəl “Financial Times” nəşri “Jane"s Defence Budget”ə istinadən bildirib ki, Rusiya bu il müdafiəyə 48,5 milyard dollar xərcləyərək 1990-cı illərdən bu yana ilk dəfə ilk beşliyə düşməyib. Bu siyahıda birinci yerdə 622 milyard dollarla ABŞ dayanır. Məruzəyə əsasən, son altı il ərzində ilk dəfə Qərbi Avropa ölkələrində müdafiə xərcləri artıb.

“Rusiya həmin gün məhv olacaq” – DƏHŞƏTLİ PROQNOZ

Ukraynanın birinci prezidenti Leonid Kravçuk “112 Ukrayna” telekanalına müsahibəsində səsləndirdiyi proqnoz da yaxşı deyil. Onun sözlərində görə, Rusiya Ukraynanı işğal edəcəyi halda öz mövcudluğunu dayandıracaq.

“Təsəvvür edin ki, Rusiya genişmiqyaslı addıma gedəcək və Ukraynanı işğal edəcək, bu, Rusiyanın həyatının son günü olacaq. Çünki ölkəni iqtisadi, siyasi və mənəvi cəhətdən tabe etmək qeyri-realdır”, - Kravçuk bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ağ Evdə son günlərini yaşayan Barak Obama isə “intiqam” sözü verib. ABŞ prezidenti Barak Obama Rusiyanın seçkilərə kiber müdaxiləsi ilə bağlı iddialarına cavab verib.
“Xarici bir hökumət seçkilərin bütövlüyünü pozmağa yönələn addım atıb. Bizim də hərəkətə keçməyimiz lazımdır və istədiyimiz zaman, istədiyimiz yerdə hücum edəcəyik. Cənab Putin bu məsələdəki mövqeyimi yaxşı bilir, çünki bunu birbaşa onun özünə demişəm”, - deyə o bildirib.

Amerikalı ekspertlər Obamanın bu açıqlamalarının Rusiyaya qarşı hücum mesajı olduğunu və yaxın zamanda bunun reallaşa biləcəyini hesab edirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyadan ildırımsürətli və MƏXFİ ƏMƏLİYYAT

ABŞ-ın Birləşdirilmiş Qərargahlar Komitəsinin keçmiş sədri Martin Dempsin isə deyib ki, Rusiya 2015-ci ilin avqustunda Pentaqona kiber hücum həyata keçirib. Onun sözlərinə görə, rusiyalı hakerlər Pentaqonun əməkdaşlarından birinin elektron ünvanına giriş əldə edərək, ümumi sistemə sızmağı bacarıblar. Martin Dempsin Rusiyanın həmin vaxt ABŞ-a böyük zərbə vurduğunu bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm